Unibank müəllim günü ilə bağlı kredit təklif edir
“Unibank “ 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün təhsil işçiləri üçün xüsusi kampaniya keçirir. Bankdan “APA-Economics”ə verilən cəbərə görə, oktyabrın 14-dək “Unibank” filiallarına müraciət edən təhsil işçiləri 10 000 manatadək və 3 ilədək müddətə 0% komissiyalı kredit əldə edə bilərlər. Kampaniya çərçivəsində götürülən hər 500 manat kredit üçün aylıq ödənişlər 20 manatdan başlayır.
Qolf Klubu açıldı, Anar Məmmədov yox idi...
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər. Fotolar burda
Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır. Ərazi paytaxtın mərkəzindən 24 kilometr məsafədə yerləşir. Qolf Klubunun sahəsi 5 min kv metrdir. Qolf Klubunun açılışına qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie də dəvət olunub. Qolf meydançasının rəmzi açılışını bildirən lenti İlham Əliyev və Montgomerie birlikdə kəsiblər.Bütün bunları prezident.az saytı bildirir.
Virtualaz.org saytı isə yazır ki, belə bir mərasimdə Azərbaycan Qolf Federasiyasının prezidenti, nəqliyyat nazirinin oğlu Anar Məmmədov nədənsə iştirak etməyib.
ANS-ə 54 min manat cərimə
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılmışdır.
“Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni”, “Salam Azərbaycan”, “Şokolad” verilişlərinin müxtəlif buraxılışlarında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar , ANS -ə ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilib.
ABŞ müdafiə naziri: Rusiyanın uduzulmuş strategiyası
ABŞ müdafiə naziri Ash Carter Rusiyanın Suriyada uduzulmuş strategiya yeritdiyini bəyan edib.Carter oktyabrın 5-də Madriddə bildirib ki, Rusiya Suriyada vətəndaş müharibəsini gərginləşdirib.