Tənzilə Rüstəmxanlı "yazılmamış oyun qaydaları", Ziya Məmmədovla qohumluğu haqda
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçkidə namizədliyinin qeydə alınmamasına münasibət bildirib. Facebook-da yazan sədr məsələyə nöqtə qoymaq istəyir: “ Həyat yoldaşım Sabir Rüstəmxanlının bu ilki seçkilərdə iştirakı əngəllənəndən sonra hər bir Azərbaycan vətəndaşı kimi mən də millətimin səsi olmaq üçün bu marafona qoşuldum...Mən ilk dəfə 2005-ci ildə seçkilərə qatılmışdım və çox uğurlu bir seçki kampaniyası aparmışdım. O zaman seçkilər daha demokratik keçirdi və hər hansısa bir əngəllə qarşılaşmamışdım.... Deməyim odur ki,mənim bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da bu seçki marafonu başlamamış önümə çəkilən əngəllər sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın...."
T. Rüstəmxanlı son günlər Nəqliyyat naziri Ziya Məmmədovla qohum olduqlarına dair yayılan məlumatlara da aydınlıq gətirib: “Bu günlərdə barəmizdə aparılan çirkin kampaniyalardan biri də nəqliyyat naziri Ziya Məmmədovla qohumluq əlaqəmizdir. ... Bir şəxs vəzifədəykən onunla qohum olmağı şərəf sayıb, “vuruldu” şayiəsi çıxar-çıxmaz qohumluqdan vaz keçənlər də, bizi özləri ilə qarışdırmasınlar. Bəli, Ziya Məmmədovun qardaşı İldırımın qızı mənim gəlinimdir..." Hər kəs bilsin ki, istənilən məqam-vəzifənin gözümdə qızımdan ayırmadığım gəlinimin və
Rusiya özünün Suriya avantürasına Azərbaycanı cəlb edə bilərmi?
Erdoğan Rusiyanın Suriyada hava zərbələrini "ölümcül səhv" adlandırır, ABŞ müdafiə naziri Carter Rusiyanın strategiyasına "uduzulmuş strategiya" deyir. Səudiyyə Ərəbistanı isə Rusiyanı cəzalandırmaq üçün neftin qiymətini saldı. Bu, Rusiyanın Suriya hücumunun Azərbaycana dolayı təsiridir.
Bəs birbaşa təsir ola bilərmi? Hərəkətləri çoxları tərəfindən səhv hesab olunan Rusiya özünün Suriya avantürasına necəsə Azərbaycanı cəlb edə bilərmi? Çünki bəzi rus təhlilçiləri lap bu yaxınlarda, bir neçə gün əvvəl yazırdılar ki, Rusiya məsələn, Azərbaycanda və Ermənistanda Suriya hücumları üçün baza yarada bilər və bunun müqabilində Azərbaycana 5 rayon qaytarıla bilər.
Təhlükəsizlik eksperti İlham İsmayıl AzadlıqLive-a deyir ki, belə birbaşa cəlb olunmaq təhlükəsi yoxdur, çünki Rusiyanın buna obyektiv ehtiyacı da yoxdur. Çünki Rusiyanın Suriya zərbələr üçün öz bazası var, Suriyaya hücum üçün Rusiya koalisiya da yaratmır ki, Azərbaycan kimi ölkələrə desin ki, "gəlin, qoşulun".
İlham İsmayıl Qarabağ probleminin həlli, rayonların qaytarılması ilə Suriya əməlyyatının əlaqələndirilməsinə də inanmır. Ancaq İlham İsmayılın fikrincə, Rusiyanın Suriya əməliyyatının Azərbaycana dolayı təsirləri var.Ətraflı burada
Bu günki AzadlıqLive-da
Anar Məmmədov hardadır? Qolf Klubu açıldı, ancaq Qolf Federasiyasının prezidenti yox idi...
Tənzilə Rüstəmxanlı seçkidə yazılmamış oyun qaydaları və eləcə də Ziya Məmmədovla qohumluğu haqda
Rusiya Suriya məsələsinə Azərbaycanı cəlb edə bilərmi?
ANS MTRŞ-ı məhkəməyə verəcək
"Məhkəməyə müraciət edəcəyik". Bunu ANS-in baş direktoru Mirşahin Ağayev APA-ya deyib. O bildirib ki, Milli Televiziya və Radio Şurasının bu gün qəbul etdiyi qərarda onların razılaşmadığı bır sıra məsələlər var: “Elə buna görə də məhkəməyə müraciət edəcəyik”. Bu günki qərarda ANS-in 54 min manat cərimələnməsi nəzərdə tutulur.