-
Ötən il Azərbaycanın xarici ticarət həcmi 2014-cü ilə nisbətən 33.44% azalıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, idxal 0.36% artsa da, ixrac 47.66% azalıb.
2014-cü ildə 63 min 368 avtomobil idxal olunmuşdusa, 2015-də ölkəyə 26 min 785 avtomobil gətirilib. Arada 36 min 583 ədəd azalma var.
Əsas ixrac mallarında azalmalar:
Xam neft – 51.83 %
Neft məhsulları – 44.91%
Təbii qaz – 34.12 %
Çay – 37.59%
Bitki və heyvan mənşəli piy və yağlar – 19.44%
Şəkər – 4,12%
Spirtli və spirtsiz içkilər – 18.97%
Plastmas və onlardan hazırlanan məmulatlar – 28.37%
Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 49.4%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 20.5%
Alüminium və ondan hazırlanan məmulatlar - 0.73%.
İxracı artan məhsullar:
Əsas ixrac mallarından kimya sənayesi məhsulları 5.08%, meyvə-tərəvəz – 7.16% artıb.
İdxal artımı:
Ət – 2.04%
Meyvə-tərəvəz – 130.52%
Buğda – 0.98%
Əczaçılıq məhsulları – 19.80%
Oduncaq və ondan hazırlanan məmulatlar – 79.66%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 66.98%
Nəqliyyat vasitələri və onların hissələri – 78.22%
İdxalı azalan məhsullar:
Bir sıra məhsulların idxalında azalmalar da diqqət çəkir: süd – 23.44%, kərəyağı – 10.85%, şəkər – 39.35 %, tütün və tütün məmulatları – 25.49%azalıb.