-
Abtalıbı bir tərəfdən gülmək tutdu, o biri tərəfdən pərt kimi oldu. Erməni arvadları bizimkilərdən seçilmirdi üzdən, amma onun bu işdə gör-götürü yox idi.
Rəhim Əliyev
GÜLSÜM VƏ ABTALIB
(hekayə)
Abtalıb Sənaye Məktəbini bitirəndə Birinci Cahan davası hələ başlamamışdı. Atamoğlan ona ağız ucu xeyir-dua verdi, sonra tapşırdı ki, mühasib Postnikovun yanında işləyib öyrənsin. Amma Postnikov ona heç bir iş tapşırmırdı, hər həftə ona cibxərcliyi verir və əlavə pul lazım olub-olmadığını soruşurdu. Atası nan əvvəlki kimi birbaşa ünsiyyətləri demək olar ki, yox di. İşə görə atası nan bir-iki kəlmə kəsəndə Abtalıb xoşallanırdı. Əvvəlki adəti nən hər gün ququşqaya minib şəhərə gedir, tələbə yoldaşları, erməni Aslanın nəvəsi Karlen nən, İsa bəy Aşurbəyli nən görüşürdü. Hər gün rusca çıxan “Kaspi” qəzetini alırdı. İsa bəy ən çox bu qəzeti oxuyurdu.
Karlen isə qəzet oxumurdu, amma hər şeyi İsa bəydən də yaxşı bilirdi. Gecələr şəhərdə qalmaq lazım olanda Abtalıb yenə də Karlenin yanında qalırdı. Karlenin dayısının Balaxanski küçəsindən iki tin yuxarı kababxanası vardı. Buranın bazarlığını Karlen elirdi. Axşamlar isə bekar olanda dayısının faytonunda pul qazanırdı. Abtalıb üçün Karlen müsəlman İsa bəydən maraqlı idi: şəhərdəki bütün fahişəxanalara bələd idi, çünki bunların hamısını saxlayan ermənilər idi, bu xidməti göstərənlər də ən çox erməni və rus qadınları idi. Bir də Karlen dayısının müştəriləri üçün qadınları daşıyan idi. Müştərilər gəlib yeyib-içirdilər, sonra bazlıq eləmək istəyənləri Kver, Karlenin dayısının adı belə idi, ayrı ünvana yollayırdı. Karlen də fayton nan gedib dayısının dediyi fahişəni götürüb həmin yerə aparırdı. Dostu yaxşı qazanırdı: kefli müştəri kişilər də, xidmət göstərən qadınlar da ona hörmət edirdilər. Dayısı da bunu bilirdi: amma Karlenə tapşırdı ki, müştəri pul verəndə almaq lazımdı, sağ ol demək lazımdı. Amma Karlen özü pul istəyə bilməzdi müştərilərdən, bu qəti qadağan idi.
Fatimə qardaşına atasının Qursaxanımla ona kəbin kəsdirmək qərarını deyəndə Abtalıb canını dilinə tutub şəhərə, Karlenin qaldığı evə getmişdi. Səhmannıda Aslan kişinin evi fəhlə korpusunda idi. O vaxt fəhlələr çün tikilən yataqxana sayağı çoxmənzilli evlər belə adlanırdı. Karlenin ata anası və bir kiçik bacısı Anya nan Səhmannı dikdirindəki həmin korpusda yaşayırdı. Karlen isə Bakıda dayısının yanında işləyir və orada qalırdı. Abtalıb çox utansa da, qanı qara olsa da, Karlen bir uşaqlıq dostu kimi onu yaxşı qarşıladı. Amma Abtalıbın kefinin düzəlmədiyini görüb onu kababxanaya dəvət elədi. Lakin Abtalıbı dayısının yerinə yox, Qız Qalasına yaxın yerdə, İçəri şəhərin lap girəcəyində yarımzirzəmi bir kababxanaya apardı. Bura Abtalıbın xoşuna gəldi. Düzdü, kababxanaya girməyi birinci dəfə idi. Amma qanı qara olduğuna görə, təzəlik onun fikrini dağıdır və içini rahatlyırdı. Kababxananın yeri ağ mərmərdən idi, içəri sərin və qoxusuz idi. Karlen kabab və çaxır sifariş elədi. Heç nə soruşmadan Abtalıb üçün də çaxır süzdü.
–Yaxşı gəlmisən şəhərə, hər ipin iki ucu var. Mən də əvvəl şəhərə həvəssiz gəldim, amma bura Səhmannı deyil, alayı bir aləmdi, xoşuna gələcək, heç geri qayıtmaq istəməyəssən... – bu sözlər Karlenin xoşgəldini idi.
Badələri toqquşdurub içdilər. Bu, Abtalıbın üçüncü çaxır içməyi idi. Əvvəllər bir-iki qurtum şampan içmişdi. Uşaqlıqdan içki barədə həmişə pis sözlər eşitmişdi. Guya içənlər day müsəlman olmurlar, dönüb kafir olurlar. Amma sonra anladı ki, belə deyil, çünki hamı, adətən, müsəlman doğulur. Müsəlman doğulan şərab nan dindən çıxa bilməzdi, ancaq qiyamətdə cəza ala bilərdi. Soura gördü ki, varlı adamların çoxu içir. Ürəyində bir qədər allahdan qorxsa da, çoxluğa qoşuldu elə bil. Hamı necə, mən də elə. Bu elə qiyamət gününə də aid idi. Bir də İsa bəyin təsiri nən o da allah yazısının yoxluğuna inanmağa başlamışdı. O biri tərəfdən də peyğəmbər hədisi də təsdiq edirdi ki, behiştdə, sidrətül-müntəhayın dibindən axan dörd arxın biri də şərabdır, qalan üçüsə su, süd və bal di. Peyğəmbər Meracda bunu görməsəydi, bu söhbət də olmazdı. Aydın deyildi ona ki, behiştə xəlq olunmuş bir nemət necə haram ola bilərdi?! Həmin gün isə Abtalıb qanı qaralıqdan içirdi, özünü unutmaq istirdi, bişərəf vəziyyətdə qalmaq təhlükəsindən uzaqlaşırdı. Həmişə güvəndiyi, başqalarından üstün sandığı atasına nə olmuşdu? Anası savadsız idi, ancaq ailə məntiqini bilirdi. Amma atası dünyadan baş çıxarır axı?! O belə qərarı necə verə bildi? Heç Abtalıb nan bir kəlmə də danışmağı lazım bilmədi?!
Kabab da onun xoşuna gəldi, necə bişmişdisə, qoyun əti pambıq kimi yumşaq idi. Əvvəlki badələri içəndə sərin şərab ona bir az dadsız gəldi. Amma bir neçə badədən sonra başı fırlanmağa, düşüncəsi xumarlanmağa başladı. Karlen ona şəhər macaralarını danışırdı, o da diqqət nən qulaq asırdı. Şəhərin həyatında hər şey onun çün təzə idi. Kabaxanadan gedəndə bir az başı hərlənsə də, hesabı Karlendən soruşdi. Təəccüb elədi, iki saat yeyib içmişdilər, balaca bir pul verdi Karlen.
Ona elə gəlirdi ki, kababxanalar çox bahalı yer di. Amma atasıyın ona verdiyi cibxərcliyi nən o da ayda üç-dörd dəfə orda nahar eləyə bilərdi. Onlar Karlenin qaldığı balaca otağa qayıtdılar və Abtalıb belə qarışıq fikirlər nən yuxuladı. Səhər isə dərsə getdi və orada başı bir az qarışdı. Amma İsa bəyə şəhərdə qalmağını deyə bilmədi. Dostu bunun səbəbini mütləq soruşacaqdı, o isə yalan danışa bilmirdi. Düzünü demək isə rüsvayçılıq olardı. Düzdü, heç nə baş verməmişdi, ancaq niyyətlər olmuşdu. Abtalıbın özü üçün belə idi. Amma atası tərəfdən belə deyildi: atası saxta kəbin yazdırıb. Bu kəbinin saxtalığı onun ağlına indi gəlirdi, amma lap əmin də deyildi. Kəbini kəsəndə şəriət qaydaları pozulub ya yox? Bunu deyə bilməzdi, şəriəti o dərəcədə bilmirdi, amma şübhələnirdi. Uşaqlıqdan eşitmişdi ki, molla kəbin kəsəndə qızın və oğlanın razılığını soruşurdu. Amma bir şey də vardı ki, kəbin yazılmışdı. Burda Abtalıb təzədən yazı və pozu məsələsinə gəlib çıxırdı. Yazılmış kəbin saxta ola bilərdi? Bu aydın deyildi. Yazıya pozu yoxdusa, ola bilməzdi. Yazı heç nədisə, onda kəbin kağızı da heç bir şey idi. Bu kağız harda, kimdə idi, bunu Abtalıb bilmirdi. Heç kimdən də soruşmaq olmurdu.
Karlenin atası bənna di. Abtalıbın atası isə quyu sahibkarı di. Abtalıb annayırdı ki, növbəti dəfə dostunu o kababxanaya dəvət eləməlidi. Beləcə onların kababxanada hesab verməsində növbə yarandı. Amma Abtalıb mat qalmışdı: faytonçuluq eləyən Karlenin pulu ondan çox idi. Üstəlik Karlen pulu özü qazanırdı. Düzdü, evə demək olar ki, səhərə yaxın gəlirdi, özü pullu işlərin gecələr olduğunu həmişə deyirdi. Amma dərsdən qayıdanda görürdü ki, Karlen işdə di. Özü də yoruldum nə olduğunu bilmirdi. Abtalıb isə atasının pulunu xərcləyirdi. Beləcə, onlar həftədə iki-üç dəfə kababxanaya dadandılar. Abtalıb həm də şərabın dadını öyrənmiş di. İçki onun fikrini açırdı elə bil, düşüncələri geniş və təzə xətlər nən gedirdi. Şərablı süfrə söhbətləri də onun üçün təzə bir şakər açdı.
Bir gün dərsdən qayıdanda yenə Karleni evdə görmədi. Amma heç on dəqiqə keçməmiş Karlen gəldi, Abtalıba dedi:
–Talıb, gedək kababxanaya... Bir zad yeməmisən?
Abtalıb ac idi, başını buladı...
–Çəkmələrini gey, gedək....
Abtalıb çəkmələrini geyib arxalığını götürdü. Karlen faytonu həmişəki kimi Qoşa qala qapısına yox, Sənaye məktəbinin qabağından Dərnəgülə qalxan dikdirə sürdü. Ermənilərin qəbiristanlığına çata-çatda sağa burulub alçaq hasarlı bir həyətə döndü: faytondan düşüb taxta alaqapının balaca gözündən həyətə girdilər. Həyətdəki uzun birmərtəbə ev çoxotaqlı idi, Abtalıba Səhmannı ətrafında fəhlələr çün tikilən ikimərtəbəli binaları xatırlatdı. Burada cəmi səkkiz göz otaq vardı. Abtalıb ixtiyarsız soruşdu:
Bu kimin di?
Dayımın di. Gecələr qonaqları bura daşıyıram... Qonaq evidi, ancaq gecələr işləyir. Abtalıb məsələni anlayıb gülümsədi, soruşdu:
Biz burda nə qələt qırasıyıq?
Heç nə, – dedi Karlen,– buraların xazaykası Saranın ad günüdü. Dayımın işçisidi, buraların səliqəsinə, təmizliyinə baxır. O bizi dəvət eləyib, özü di, bir də bacısı, həm iş görüblər, həm də yemək hazırlayıblar. Dedilər tək gəlmə, ağlıma bircə sən gəldin, qorxma, allah belə işləri baxışlayandı...
Abtalıbı bir tərəfdən gülmək tutdu, o biri tərəfdən pərt kimi oldu. Erməni arvadları bizimkilərdən seçilmirdi üzdən, amma onun bu işdə gör-götürü yox idi. Karlen onun çaşan kimi olduğunu görüb şaqqıldadı, soruşdu:
Heç arvad işinə baxmısan?
Abtalıb yüngülcə qızardı, utana-uatana ancaq başını bulaya bildi.
Lap bu dəmdə sol əldəki axırıncı açıq qapıdan qara donlu qadın çıxıb ucadan dedi:
Xoş gəlmisən,Talıb qardaş!
Xoş günün olsun Sara bacı! – Abtalıb cavab verdi və öz cəldliyinə mat qaldı. Amma heç bir düzəliş olmadı, onları salamlayan elə Sara özü imiş. Abtalıb isə onun adını qarasına demişdi.
Olar qadınların göründüyü qapıya sarı getdilər, ora aşxana idi. Bilindi ki, Saranın bir işi burda səliqə qaxlamaqdısa, o birisi aşpazlıqdı. Balaca pilləkənlə binanın taxta dirəkli eyvanına çıxdılar. Otaqların qapısi qalın taxradan və ikitay di, hamı eyni cür idi. Sara dolu bədənli ağ qadın idi, gilası gözlərində gülüş donmuşdu elə bil. Donu qapqara, başı açıq idi, saçları boynunun ardında səliqənən yığılmışdı. Sonra aşxananın qapısında ikinci qadın göründü: o da qara paltarda, qarabuğdayı gəlin idi, Saradan on yaş cavan olardı, qolları dirsəyəcən çirməli idi, başında da qara qara ləçək vardı. Sara onu təqdim elədi:
–Gülsüm böyük bacımın qızıdı, kənddən iki aydı gəlib...
Gülsüm qonaqlara gülümsündü, amma qalın qaşlarının düyünü açılmadı.
–Xoş gəldiz, –dedi.
–Talıb qardaş odalarımıza baxın, – Sara mehriban səs nən sükutu qırdı.
Abtalıb aşxanaya bitişik otağın qapısını aralayıb kandardan içəri baxdı: çoxlu xəlçə nən döşənmiş balaca otaq idi. Günbatana pəncərəsinin qabağımda balaca alçaq miz vardı, mizdən iki addım aralı isə elə miz hündürlüyündə enli taxt vardı. Taxtın ayaq tərəfində nazik göy adyal bükülü qoyulmuşdu.
Sara oları yeməyə çağırdı, stol aşxanada hazırlanmışdı, balaca ev aşxanası idi. Oturanda Karlen soruşdu:
Sara bacı, neçə yaşın tamam olur?
Qırx dörd, –dedi sara.
Böyük qız olasan! – dedi Abtalıb.
Sara yarpaq dolması bişirmişdi. Yeyib-içməyə başlayanda Sara darısqallığa görə üzr istədi. Stolu aşxanada qoymuşdu ki, Karlenin dayısı bir adam yollasa yığ-yığış asan olsun. Sara da qohum idi ev sahibi nən, amma bu balaca məclis üçün icazə alınmamışdı. Sara Abtalıba diqqət göstərir, ümumi söhbətlər danışırdı, Karlen isə hərdən zarafat elirdi. Gülsün danışmırdı, bir iki dolma yeyib durdu. Çaxırdan da bir-iki qurtum içdi. Abtalıb çaxırdan içir, dadlı dolmadan yeməyə utanırdı. İçindəki həyəcan isə artırdı.
Yemək hissəsi bitəndə Karlen qıpqırmızı dedi:
–Hansını götürürsən, –sonra yekə cəmdəyinə yaraşmayan yüngüllüklə şaqqıldayıb özündən getdi...
Abtalıb balaca qızardı, amma heç nə deyə bilmədi. Dünya görmüş Sara dedi:
Talıb qardaş mənim ağamdı....
Abtalıb əvvəl bu sözün mənasını anlamadı. Qalxıb eyvana çıxdılar. Karlen Gülsümün qoluna girib onu həyətin o biri başındakı axırıncı otağa apardı. Sara isə heç nə demədən küçə qapısınə gedib balaca girəcəyicəftələdi. Eyvanın pilləkənini qalxanda ona baxan Abtalıba gülümsədi:
–Şirin olacaq, dadı damağında qalacaq, – dedi və Abtalıbın qoluna girib onu aşxananın gilavarındaki birinci otağa saldı. Qadının döşü onun qoluna söykənmişdi, və bundan Abtalıbın ürəyi döyündü, amma özünü o yola qoymadı. İçəridə onun qolunu buraxıb taxtın üstündəki göyümtül adyalı götürüb açdı və taxtın üstünə sərdi:
Tez soyun gir bunu altına, bir houra gəlirəm.
Abtalıb nə gözləsə də, bu sadə sözləri gözləmirdi. Çaxır əl-ayağın acmışdı. Heç nə düşünmədən soyundu, adyalın altına girdi. Sara onun yanında soyunmadı. Deyəsən mətbəxdə soyundu, otağa girəndə Abtalıb intizamlı uşaq kimi adyalın altında idi. Sara isə onun üstündə olan adyalın birinə bürünmüşdü. İçəri girən kimi adyalı çiynndən atıb taxtın yanındakı güzgüyə baxdı:
–Qacalmamışam, Talıb ağa? – Soruşdu.
Abtalıb birinci dəfə lüt arvad görürdü. Bir az da təəccübləndi, qara paltarın içndəki Saranın bədəni ağappaq idi, balaca döşlərində barmaq boyda iri gilələri vardı. Qadının bütün bədənindən bu gülələr onu daha çox həyəcanladi, ağzı ixtiyarsız sulandı. Sara onun yanına girəndə dedi:
–Duranda kişi olassan,– uzanan kimi əlini onun qasığına apardı.
Abtalıb bir qədər çaşdı:
–Utancağın oğlu olmur, –dedi Sara.
Abtalıb Saranın dediyini başa düşdü, qadının heç yerinə toxunmadan sol döşünün hallanıb dikəlmiş giləsini ağzına saldı, bundan bədəni əsdi elə bil, sonra isə oyanıb dotələb oldu. Sara ana kimi mehriban və hövsələli idi. Abtalıbın ağırlığına dözdü, üstündən özü düşməyənə kimi onun sunəsini, çiyinlərini oxşadı...
Sara qalxıb öz adyalına bürünüb Abtalıbı birinci və sonuncu dəfə yanağından öpüb dedi:
–Şirin oğlansan ciyər, haçan istəsən Karlenə de, səni gətirsin, – və getdi.
Abtalıb qalxıb geyinəndə canında zəiflik, fikrində güc və qürur hiss eləyirdi. Dizləri ixtiyarsız əsirdi. Geyinib otaqdan çıxanda Karlen artıq geyimli halda eyvanda eşmə çəkirid. Abtalıbı görüb güldü:
–Siyğən mübarək,– dedi.
–Nə qədər vermək lazımdı,– gülə-gülə soruşdu Abtalıb, onun kefi yuxarı idi, içində cürət hiss elirdi,– sənə verim?
Özünə, ancaq özünə. Uç manat bəsidi...
Abtalıb mətbəxə girib masanın üstünə beş manat qoydu, deyəsən Gülsümdən də utanmadı. Amma çox sağ ol deyə bilmədi, yerinə Sara dedi:
–Cibin dolu olsun....
–Amin....–dedi Abtalıb, qürurlu səsi özünün də xoşuna gəldi, day qadının üzünə baxmayıb otaqdan çıxdı.
Sonra Sara da aşxanadan çıxıb küçə qapısına sarı getdi, qapının cəftəsini açdı. Karlen nən dostu da onun dalınca baxdılar. Həyətdən çıxanda Karlen Saraya dedi:
–Böyük qız olasan...
–Save tanem, ciyər,– Cavab verdi Sara və yanında durmuş Abtalıbın qabırğacından çimdik götürdü:
–Göz üstə yerüz var....
Yolda Karlenin sürdüyü faytonda Abtalıb fikirləşdi ki, kitab almaq bəhanəsi nən Postnikovdan daha çox cibxərci almaq lazımdır. Karlendən xəcalətli qalmasın gərək. Sahibkar oğluna yaraşmaz. Sonra Sara obrazı gözü qabağına gəldi. Göyümtül adyalı çiynindən atıb lüm-lüt qaldı. Abtalıb onun qabarıq göbəyini elə bil indi gördü, yumşaqlığını əlinin içində hiss elədi, döşünün giləsinsə dilinin üstündə. Təzədən ağzı sulandı. Karlen nəsə danışmağa başladı, amma Abtalıb heç nə başa düşmürdü.
Üç gün sonra Səhmannıya gedib gecə ata evində qaldı, məhəllədə tay-tuşlarına baxanda özündə misilsiz üstünlük gördü. Həyətə girib Postnikovun oturduğu kontora girdi. Postnikovdan kitab almağa əlavə pul istədi. Hesabdar heyrətnən onun üzünə baxdı, gülümsədi, Abtalıbsa ondan uyandı, elə bildi pulu nəyə görə istədiyini anladı. Postnikov bığaltı gülə-gülə ona iyirmi beş manat pul verdi:
Çox oldu...– dedi Abtalıb.
Xazeyin deyib belə ver, şəhərdə qalanda ermənilərə qabırğa olmasın...
Səhər Sənaye məktəbində mühazirələrdə oturanda Postnikovun sözləri onun qulağına gəlirdi: “Ermənilərə qabırğa olmasın”. Dərsdən sonra evə qayıdanda Karlen evdən çıxmağa hazırlaşırdı. Abtalıb müqəddiməsiz dedi dostuna:
–Səni kababxanaya aparıram bu gün....
–Səhmannıya gedib pullanmısan ağa...– Karlen it kimi iy bilirdi.– Onda indi gedək, acından ölürəm....
Gedək,– dedi Abtalıb, dərslərdən sonra o da ac idi.
Karlenin faytonuna minib yola düşdülər, amma Abtalıb bir də xəbər tutdu ki, yenə Karlenin dayısının qonaq evinə gəldilər.
Genə bura, – Abtalıbın şikayət yoxsa heyrət elədiyi bilinmədi.
Beş gün dünya di, kefini çək Talıb...
Çək dersən, çəkək də,– Abtalıb ürəkdən güldü və fikirləşdi ki, bu ermənilər haqda kim nə der, desin, bunlar yaxşı adamdılar...
Sara nan bacısı qızı Abtalıbı köhnə dost kimi qarşıladılar. Bir hourda süfrə düzəltdilər. Məclis bitəndə Sara Abtalıbın qoluna girdi, dedi:
Talıb ağa, bu dəfə Gülsüm nən olsan inciməzsən? Uşağı xəstə di, ona pul lazımdı...
Böyüyümüz sənsən, – Abtalıb zarafata saldı, – Necə buyursan elə də elərik...
Abtalıb bu sözləri deyəndə Karlen onu tanımadı, dostunun dili açılmışdı elə bil. Əvvəllər zarafata meyli olmurdu. Amma indi dil-dil ötürdü. Gülsüm Abutalıbın qoluna girib onu da Karlen kimiğn uzaq odaya apardı. Yolda ona pıçıldadı:
–Save tanem, Karlen bir manat pul verir, kasıb oğlandı, mən kəndə pul yollamalıyam, ərim orda təzə ev tikdirir...
Abtalıb qadının dediyinə mat qaldı, axı o özü heç bir izahat istəmirdi. Həm də bacıların sözlərində fərq vardı. Odaya girən kimi Abtalıb çoxbilmişlər kimi soyunub taxta uzandı. Çaxır öz işini görürdü. Gülsümün bədəni qarabuğdayı idi, döşlərinin gilələri bacısı kimi iri deyildi. Amma bədəndəki istisi Abtalıbın əlini yandırırdı. Abtalıb onun yumşaq döşünü ağzına salanda Gülsüm onu quş kimi üstünə qaldırdı. Sonra qadın tövşüyə-tövşüyə nəsə deyirdi, amma Abtalıb bu sözləri yox, Gülsümün onun sinəsindən götürdüyü dişdəmlərin ağrısını hiss elirdi. Sara nan müqayisədə Gülsüm bir parça od idi. Dişdəmləri dayandırandan sonra Abtalıb sakitləşdi, yırğadan çıxmaq istəyndə Gülsüm onun boynunu və çiyinlərini yalamağa başladı. Abtalıbın ürəyi təzədən döyünməyə başladı. Gülsüm nəfəsi boğula-çoğula dedi:
–Ağa, uşaq genə başını qaldırıb, sən evlisən?
Abtalıb bu sualın da mənasını anlamadı, Gülsüm isə uşağı əlində tutub hərliyirdi, təpəsinin parıltılı çəhrayılığına tamaşa eləyirdi. Abtalıb bunu gördü və uşağın belə hallanmağından bixəbər olmağına mat qaldı. Elə bil onunku deyildi. Bu, Gülsüm üçün idi, Abtalıb bunu və qadının sualının mənasını xeyli sonralar başa düşdü. Çünki biz bir böyük, bir də kiçik başımızın var-yoxunu heç ha vaxt bilmirik.
... Abtalıb geyinib Gülsümə beş manatı uzadanda qadın dedi:
–Gələn səfərdən özün seçərsən... Aybaşıları kəsilib Saranın, bir ilə yaxındı...
Abtalıb bu sözdən də bir şey annamadı, Gülsümün son sözləri ona artıq göründü. Qara donunu geyinəndə qadın ona balaca görsəndi. Amma bu balaca bədəndə nə qədər qüvvə var idi. Allahın işidi bular hamı. İnsanların üzündən heç nə bilinmir...
Karlen onu fayton nan evə gətirəndə nəsə danışırdı. Amma Abtalıbı tez-tez huş aparırdı, evə çatıb yatmaq istirdi. Karlen isə bazara tələsirdi, Sara tapşırıqlar vermişdi ona. Dostunu qapıda düşürüb getdi. Abtalıb isə evə girəndə görürdü ki, keflidi, amma ayırd eləyə bilmirdi: içdiyi şərabdandı, yoxsa Gülsümün alışıb yanan bədənindən iydi, onu yarım saatın içində bişirib xəşil eləmişdi. Evə girən kimi necə yuxuladığın bilmədi. Yuxudan sol çiynindəki ağrıdan oyandı, köynəyini çıxarıb güzgünün qabağına keçdi. Qasıqdan yuxarı bədəni göy ləkələrnən dolu idi, sol çiyninin qola sarı hissəsində isə iri dərin bir qançır vardı. Onu yuxudan oyadan bu idi. Abtalıb təzədən balaca Gülsümün canındaki ehtiras haqqında fikirləşdi. Gülsüm ondan dişləmələr götürəndə buların çoxluğun hiss eləməmişdi. Birdən qərar verdi ki, yaxın günlərdə təzədən Gülsüm nən görüşmək çün yaxşı bir bəhanə fikirləşsin, amma ağlına gəldi ki, Karleni aldatmaq çətin olacaq. Təzədən uzandı ki, bəlkə bir də şirin-şirin yuxulasın. Amma yuxusu gəlmədi. Fikirləşdi ki, nə yaxşı Karlenə sığındı, urusbaşlıların aşıb-daşdığı bu şəhərin alayı bir həyatı varmış. Bu həyat öz-özünə idi, yoxsa Postnikovdan aldığı pullardan idi, neft pullarından idi, ayırd eləyə bilmədi.
06.2016.