Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:45

Jurnalistlərə hə, başqa peşə sahiblərinə yox? [video]


Müəllim və həkimlərə pulsuz ev verilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:18 0:00

Müəllim və həkimlərə pulsuz ev verilə bilərmi? [A-Live]

Sumqayıt sakini, 29 yaşlı Nizami Hüseynov coğrafiya müəllimidir. Deyir ki, dərsdən əlavə abituriyent də hazırlayır. Amma illərdir özünə bircə otaqlı olsa da mənzil ala bilmir ki, ailə qursun.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, necə ki, jurnalistlər kimi müəllimlərə də mənzil verilməsi təqdirə layiq olardı:

Buna da bax:​ Prezident jurnalistlərə bina tikilməsinə 5 milyon ayırıb

Məlahət Mürşüdlü
Məlahət Mürşüdlü

"Bugünkü müəllimin maaşı ilə ev alması qeyri-mümkündür. Özəlliklə, gənc müəllimlər ciddi mənzil problemi yaşayır. Onlar evlənib valideynləri ilə birlikdə iki-üç otaqlı mənzillərdə yaşayır və ya kirayə evlər tuturlar. Bu da onların onsuz da ağır olan məişət problemlərini daha da ağırlaşdırır. Müşahidələrimizə əsaslanıb, deyə bilərəm ki, bəlkə də Bakı şəhərində 90 faiz müəllimin mənzil problemi var".

22 iyul - Milli Mətbuat Günü münasibəti ilə ötən həftə Azərbaycan prezidentinin göstərişi ilə 255 jurnalistə mənzil verilib. Media əməkdaşları üçün daha bir binanın da təməli qoyulub. İndi jurnalistlərə hökumətin pulsuz mənzil verməsinin peşə etikasına nə qədər uyğun gəlməsi sosial mediada qızğın müzakirə edilərkən, digər yandan da başqa peşə sahiblərinin durumu gündəmə gəlib: bəs, həkimlər, müəllimlər, neftçilər, digər peşə sahibləri? Onlara niyə pulsuz mənzil verilmir?

Buna da bax:​ Prezident: 'Azərbaycanda söz azadlığı təmin olunur'

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı düşünür ki, jurnalistlərə mənzil paylamaqla siyasi hakimiyyət həm də dövlətin fərqli peşə sahiblərinə ayrıseçkiliyi kimi izah oluna bilər:

Rəşid Hacılı
Rəşid Hacılı

"Dövlət müəssisələrində işləyən onminlərlə müəllim, həkim mənzil almaq kimi imtiyazlardan məhrumdur. Əhalinin çox az bir qismi istisna olmaqla əksəriyyətə belə imtiyaz verilmir. Baxmayaraq ki, minlərlə vətəndaşın mənzilə böyük ehtiyacı var".

Buna da bax:​ Mehman Əliyev: "Jurnalist hökumətdən nəsə alırsa..."

Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda qeyri-neft sektorunda orta aylıq əməkhaqqı 460 manatdır. Dövlət müəssisələrində çalışanların orta maaşı 388 manat, özəl müəssisələrdə işləyənlərin orta əməkhaqqı isə 710 manatdır.

MB-Konsalting” daşınmaz əmlak şirkətinin iyunun 1-nə olan hesablamasına görə, Bakıda birotaqlı orta qiyməti təxminən 45 min manatdır. Yəni, dövlət işində çalışın ayda 388 manat alan adam paytaxtda həmin birotaqlı mənzilə sahib olmaq üçün düz 10 il yeyib içmədən maaşını toplamalıdır.

İqtisadçı Rəşad Həsənov problemin miqyasına diqqət çəkmək üçün başqa məlumatları vurğulayır:

Buna da bax:​ İlham Əliyev: “Jurnalistlər mənim köməkçilərimdir”

"Müəllimlik fəaliyyəti əhalinin sosial qrupları içində böyük paya malikdir. Təxminən 350 min nəfər bu sahədə çalışır. Azərbaycanda orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əhalinin 1/8-i müəllim ailəsində yaşayır. Bu da mənzil sıxıntısı, mənzil probleminin əhalinin böyük bir hissəsinin yaşadığını göstərir".

Rəşad Həsənov deyir ki, bütün bunları nəzərə alaraq, hökumət müəllimləri də xüsusi sosial qruplara daxil edib. Yəni müəllimlər də aztəminatlı, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri kimi sosial qruplara aid edilib və bu qrupa sosial ipotekadan istifadə hüququ verilib. Sosial ipoteka əsasən 4 faizlə verilir, amma banklar pul qıtlığına görə bu ipotekanı da verə bilmirlər.

Rəşad Həsənov
Rəşad Həsənov

Milli Məclisinin üzvü Fazil Mustafa hesab edir ki, jurnalistlərin maaşları az olduğu üçün, onlar bir çox sosial güzəştlərdən istifadə edə bilmədiyindən onlara mənzil verilməsi anlaşılandır.

Buna da bax:​ Ev istəyən Qarabağ veteranını ayaqyalın polisə aparıblar

O ki, qaldı sosial ipoteka layihəsinin gerçəkləşməməsinə Fazil Mustafa bunun səbəbini belə izah edir:

"Sosial ipoteka institutunu inkişaf etdirmək mümkün olmadı. Çünki gərək büdcədə kifayət qədər vəsait olsun. Hazırda büdcənin özü ağır durumdadır. Neft fondundan transfertlər olmasa büdcəni ayaqda tutmaq mümkün deyil. Ona görə də bu sahəyə kifayət qədər diqqət ayırmaq mümkün olmur. Əsas məsələ vəsaitlə bağlıdır".

İstər müəllimi, istər də digər peşə sahibi – Bakıda keçirdiyimiz sorğunu cavablayanların əksəriyyəti deyir ki, mənzil almaq çətin məsələdir. Onlardan soruşmuşuq ki, İndiki maaşınızla neçə ilə ev ala bilərsiz?

İndi maaşınızla neçə ilə ev ala bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Aztəminatlıların mənzil arzuları üçün daha bir nəzərə imkan sosial mənzillərdə sahib olmaqdır. Prezident İlham Əliyev belə mənzillərin tikintisi üçün ilə Mənzil İnşaatı Dövlət Agentliyinə 28,8 milyon manat ayırıb. Plana görə 9 yaşayış binası tikilməlidir. bu binalarda Mənzillərin satış qiymətləri, hələlik, açıqlanmır.

Buna da bax:​ 'Ev vermə, azadlıq ver' - Tbilisidə Mətbuat Günü aksiyası

Agentliyin rəhbəri Samir Nuriyev yerli mediaya müsahibəsində deyib ki, onlar çalışacaqlar aylıq ödənişlər orta icarə haqqından yüksək olmasın. Birotaqlı evlər üçün qiymət 130-140; üçotaqlılar üçünsə 300-350 manat müəyyənləşdirilə bilər.

Amma hələlik bu sosial binaların nə zaman tikilib başa çatacağı bəlli deyil.

XS
SM
MD
LG