Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:10

ABŞ seçkiyə müdaxilə cəhdinə görə ukraynalılara sanksiyalar qoyub


Andriy Derkaç
Andriy Derkaç

Birləşmiş Ştatlar noyabrda ABŞ-da keçirilmiş prezident seçksinə müdaxilə cəhdi etmiş 7 Ukrayna vətəndaşına və 4 Ukrayna vahidinə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyi yanvarın 11-də verdiyi bəyanatda bildirir ki, barələrində sanksiya elan edilmiş şəxslər Oleksandr Dubinski, Dmitro Kovalçuk, Kostyantin Kulık, Oleksandr Onyşşenko, Anton Simonenko, Andriy TelijenkoPetro Juraveldir.

Onların adları Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət siyahısına salınıb.

Nazirlik bunu da bildirir ki, dörd internet saytı və media qrupu - Era-Media, Onli Nyuz, Nabuleaks və Skeptik portallarının adları da sanksiya siyahısına əlavə olunub.

ABŞ dövlət katibi Mayk Pompeonun dediyinə görə sanksiyaların hədəfi olan şəxs və qurumlar Rusiya ilə əlaqəli xarici kəşfiyyat şəbəkəsinin bir hissəsi olublar.

Bu şəbəkə ilə əlaqələndirilən Andriy Derkaça sanksiyalar ötən sentyabrda qoyulub.

Pompeonun sözlərinə görə Ukrayna parlamentinin üzvü olan Derkaç on ildir ki, “Rusiyanın fəal agenti” olub.

“Culianinin komandası”

Bu da qeyd olunur ki, Derkaç ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culianinin prezident seçilmiş Co Baydenə qarşı gözdən salan informasiya əldə etmək cəhdi ilə əlaqələndirilir.

ABŞ-ın BuzzFeed saytı yazır ki, Onişşenko ötən iyulda özünü, Derkaçı və Kulıkı “Culianinin komandası” adlandırmışdı.

Sözü gedən şəxslər ABŞ Senatının iki komitəsini məlumatlarla təchiz etmişdilər. Senatın bu məlumatlar əsasında hazırladığı hesabatında deyilirdi ki, Baydenin vitse-prezident olduğu dövrdə onun oğlu Hanterin Ukraynada bizneslə məşğul olması “potensial maraqlar toqquşması” yaradıb.

Amma hesabatda bu da qeyd olunurdu ki, Baydenin oğluna kömək etmək üçün ABŞ-ın siyasətini dəyişməyə çalışdığı “qeyri-müəyyəndir”.

Demokratlar bildirmişdilər ki, belə bir “siyasi motivli” hesabatın hazırlanmasından məqsəd qarşıdan gələn seçkidə Trampın qələbəsinə köçək etmək olub.

Bu seçkidə Tramp və Bayden rəqib idilər.

Pompeo yanvarın 11-də Baydenin və ya Trampın adlarını çəkməyib, lakin deyib ki, sanksiyalar “ABŞ siyasi namizədi ilə bağlı uydurma və ya əsassız iddiaların koordinasiya edilmiş yayılmasını” hədəfləyib:

"Onlar ABŞ hökumət rəsmilərinin guya Ukraynada korrupsiya əməlində iştirakı barədə dəfələrlə açıq bəyanatlar verərək ziyanlı rəy yaratmağa çalışıblar”.

XS
SM
MD
LG