Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:38

Bayden Putinlə görüşə razılaşır


C.Bayden (sağda) və V.Putin, iyun, Cenevrə sammiti
C.Bayden (sağda) və V.Putin, iyun, Cenevrə sammiti

Avropalı müşahidəçilər son günlər atəşkəs pozuntularının artdığını qeydə alırlar. Qərb rəsmiləri buna görə separatçıları ittiham edir

Kremlin sözçüsü Dmitri Peskov fevralın 21-də jurnalistlərə deyib ki, iki lider vacib hesab edərsə, görüşə bilərlər, amma “sammit üçün konkret planlardan danışmağa hələ tezdir”.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba fevralın 21-də Makronun təşəbbüsünü alqışlayıb, bunun Rusiya qüvvələrinin onun ölkəsindən çıxarılması ilə nəticələnəcəyinə ümidini bildirib.

“Bu təşəbbüsü alqışlayırıq. İnanırıq ki, diplomatik həllə yönəlik istənilən cəhdi sınamağa dəyər”, – Kuleba Brüsseldə Aİ-dən həmkarları ilə görüşdən öncə deyib.

“Ümid edirik, iki prezident otaqdan Rusiyanın Ukraynadan qüvvələrini çıxarması barədə razılaşma ilə çıxacaq”, – nazir vurğulayıb.

***

Kremlin fevralın 21-də yaydığı bəyanatda deyilir ki, Putinlə Makron həftəsonu iki telefon söhbətində Ukrayna ilə bağlı dialoqu davam etdirməyin gərəkdiyini vurğulayıblar. Xəbəri “Interfax” yayıb.

Belarusda birgə hərbi təlim bitəndən sonra Moskvanın qoşunları çıxarmaq vədinə əməl etməməsi Ukrayna və Qərbin qəzəbinə səbəb olub. Fevralın 20-də bitməli olan təlimlərin vaxtı uzadılıb.

Belarus bəyan edib ki, qoşunlar bazalara “buna obyektiv ehtiyac yarandıqda” qayıdacaqlar və bu, NATO-nun Belarus və Rusiya sərhədlərindən geri çəkilməsindən asılı olacaq.

Almaniyanın Xarici işlər naziri Annalena Baerbok fevralın 21-də Rusiyanı Ukraynanın şərqindəki mülki əhali ilə “məsuliyyətsiz” oyun oynamaqda, onları həyatını riskə atmaqda suçlayıb.

“Rusiya hökumətinə, Rusiya prezidentinə təcili çağırış edirəm: İnsan həyatları ilə oynamayın”, – o, Brüsseldə Aİ xarici işlər nazirlərinin sammitindən öncə jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, indiki böhranı Moskva başladıb, Moskva da onun həllinə kömək etməlidir.

***

ABŞ Prezidenti Co Bayden bir neçə günə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə ilkin razılıq verib. Məqsəd Kremlin liderini Ukraynaya təcavüzdən çəkindirməkdir.

“İşğal baş verməsə”, fevralın 24-də ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov görüşəcək. Bunu fevralın 20-də bəyanatında Ağ evin sözçüsü Jen Psaki açıqlayıb.

Bayden G7 ilə virtual görüş keçirəcək

İkitərəfli görüş ideyasını dünən hər iki liderlə danışan Fransa Prezidenti Emmanuel Makron irəli sürüb.

Sammit üçün konkret tarix, yaxud yer açıqlanmayıb. Baydenlə Putin dövlət başçıları kimi ilk dəfə iyunda Cenevrədə bir araya gəliblər. Həmin sammit Rusiyanın yazda Ukrayna yaxınlığına qoşun yığmağa başlamasından sonra keçirilmişdi.

Gözlənən sammitdən öncə Bayden fevralın 24-də Böyük Yeddilik (G7) liderləri ilə virtual görüş keçirəcək. G7 üzvləri olan ABŞ, Britaniya, Fransa, Almaniya, Kanada, İtaliya və Yaponiya Rusiyanın sərhədə qoşun yığmasının yaratdığı böhranı müzakirə edəcək.

“Tammiqyaslı hücum”

ABŞ prezidenti fevralın 18-də deyib ki, Putinin Ukraynanı işğal qərarı verməsindən “əmindir” və bu, bir neçə günə baş verə bilər. Baydenin sözlərinə görə, Putin hücumu həyata keçirərsə, ABŞ və avropalı müttəfiqləri Rusiyaya sanksiyalar tətbiq edəcək.

Rusiyanın hazırda Ukrayna ətrafına 150 mindən çox döyüş qüvvəsi cəmlədiyi bildirilir.

Kreml Ukraynanın NATO-ya üzvlüyünə mane olmağa, bu ölkəni öz təsir dairəsinə qaytarmağa çalışır.

Rusiya dəfələrlə Ukraynanı işğal planı olmadığını, qüvvələrinin bir hissəsini geri çəkməyə başladığını bildirib. ABŞ və NATO isə geri çəkilməyə heç bir əlamət görmədiklərini deyirlər.

Psaki fevralın 20-də bir daha qeyd edib ki, “Rusiyanın tezliklə Ukraynaya tammiqyaslı hücuma hazırlaşdığı görünür”.

Ukraynanın Daxili İşlər Naziri və jurnalistlər atəşə tutulub
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Atəşkəs pozuntuları

Birləşmiş Ştatlar son həftələr xəbərdarlıq edir ki, Rusiya Ukraynaya hücumu əsaslandırmaq üçün ölkənin şərqində “saxta bayraq” əməliyyatına əl ata bilər.

Səkkiz ildir Ukrayna hökuməti ölkənin şərqində iki vilayətdə Rusiyanın dəstəklədiyi separatçılarla müharibə aparır.

Tərəflər indiyədək bir neçə dəfə atəşkəs əldə ediblər. Avropalı müşahidəçilər son günlər atəşkəs pozuntularının artdığını qeydə alırlar. Qərb rəsmiləri buna görə separatçıları ittiham edir.

Putin isə atışmaya görə Ukraynanı suçlayır, bu isə onun işğal üçün bundan bəhanə kimi istifadə edə biləcəyi sarıdan narahatlığı artırır.

XS
SM
MD
LG