Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:33

Türkiyə Ukrayna taxılının daşınması üçün danışıqlar aparır - Reuters


Odessa limanı
Odessa limanı

Ankara Bosfor boğazı vasitəsilə Ukrayna taxılının ixracına dəhliz açılması məqsədilə Moskva və Kiyevlə danışıqlar aparır.

Bunu mayın 26-da Reuters agentliyinə Türkiyənin vəzifəli rəsmilərindən biri deyib.

Ukraynanın Qara dəniz limanları Moskvanın fevral ayında başlanan müdaxiləsindən sonra Rusiya hərbi gəmiləri tərəfindən blokadaya alınıb və ixrac olunmalı 20 milyon tonadək Ukrayna taxılı anbarlarda qalır.

Rusiya və Ukrayna qlobal taxıl ehtiyacının üçdə birini təmin edir. Bu səbəbdən də Ukrayna taxılının ixrac edilə bilməməsi dünyada ərzaq böhranı yarada bilər.

Türkiyə rəsmisi deyib ki, Ankara həm Kiyev, həm də Moskva ilə taxılın Ukraynadan daşınması üçün danışıqlar aparır.

Rəsmi danışıqların məxfiliyi ilə bağlı adının açıqlanmasını istəməyib.

Reuters yazır ki, prezident Recep Tayyip Erdoğanın administrasiya onun bu danışıqlar barəsində sorğusuna cavab verməyib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko mayın 25-də demişdi ki, Moskva onun üzərinə qoyulmuş sanksiyaların qaldırılması müqabilində taxılın portlardan daşınmasına imkan verə bilər.

Reuters yazır ki, proseslə tanış başqa iki şəxs də Türkiyənin Ukrayna taxılının limanlardan çıxarılmasına kömək etdiyini təsdiqləyib.

Türkiyə donanması hazırdır

Məlumatı verən şəxs deyib ki, Türkiyə NATO üzvü olmasına baxmayaraq bu müharibədə Rusiya tərəfindən daha çox “neytral” ölkə kimi qəbul olunur:

"Türkiyə bu taxılın Qara dənizdəki Odessa limanından çıxarılmasını bir növ monitorinq edə bilər”.

İstanbulda mənzillənmiş Bosphorus Observer konsaltinq firmasından Yoruk Işık Reuter-sə deyib ki, Türkiyənin Qara dənizdə hazırda iki kreyseri, iki sualtı gəmisi və onlarca patrul və çevik hücum gəmiləri var və bunlar operativ qaydada taxılın daşınmasının monitorinqinə cəlb oluna bilərdi.

Ekspert bunu da deyib ki, Türkiyə donanması nəzəri baxımdan ərzaq dəhlizinə həm nəzarət edə, həm də bu ərazini minalardan təmizləyə bilər.

BMT-nin baş katibi Antonio Quterriş ötən ay Moskvada və Kiyevdə olmuş, habelə Türkiyə, ABŞ və Avropa İttifaqı ilə birlikdə “paket razılaşma” əldə etməyə çalışmışdı.

Bu razılaşma həm Ukraynaya öz taxılını, həm də Rusiyaya gübrə yüklərini idxal etmək imkanı verərdi.

Bu arada Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, Rusiya heç bir vəchlə güzəşt edilə bilməz.

Ötən ay London lazım gələrsə taxıl yüklərinin müşayiət olunması üçün Britaniya hərbi gəmilərini göndərə biləcəyini bildirmişdi.

XS
SM
MD
LG