Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:50

Rusiya Suriyadakı qüvvələrini Ukraynaya gətirib - Qərb mediası


Rusiyanın S-300 sistemi 2018-ci ildə Suriyanın Hmeymim bazasına gətirilərkən
Rusiyanın S-300 sistemi 2018-ci ildə Suriyanın Hmeymim bazasına gətirilərkən

The New York Times yazır ki, Rusiya Suriyadan Ukraynaya S-300 hava hücumundan müdafiə sistemini və 1000-dən çox hərbçisini gətirib

Rusiya Suriyadan Ukraynaya S-300 hava hücumundan müdafiə sistemini və 1000-dən çox hərbçisini gətirib.

Bunu The New York Times qəzeti Yaxın Şərqdəki üç mənbəyə - iki Qərb diplomatına və bir İsrail hərbçisinə istinadən yazıb.

Rusiya qüvvələri hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş S-300 sistemlərindən Ukraynada yerüstü hədəfləri vurmaq üçün istifadə edir.

Ekspertlər bunu Rusiyanın başqa raketlərinin tükənməkdə olması ilə izah edirlər.

S-300-dən top kimi istifadə etmək

Yeri gəlmişkən Rusiya oktyabrın 10-dan başlayaraq Ukraynanın infrastruktur və enerji obyektlərinin vurulması üçün həm də bu sistemlərdən istifadə edib.

Qəzet yazır ki, S-300 sisteminin Suriyadan çıxarılması İsrailin Ukrayna məsələsindəki mövqeyinə təsir göstərə bilər.

Mənbələr İsrailin Ukraynaya silahlar verməkdən imtina etməsini onun İsrail təyyarələrinin Suriyada Rusiyanın S-300-ləri ilə vurula biləcəyindən ehtiyat etməsi ilə izah edirdilər.

İsrailin digər narahatlığı Rusiyanın İsrail vətəndaşlarının ölkədən çıxışına mane ola biləcəyindəndir.

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?
Gözlə

No media source currently available

0:00 0:07:09 0:00

Minlərlə əsgər

The New York Times qəzetinin iki mənbəyi habelə iddia edir ki, Rusiya Suriyadan Ukraynaya iki batalyon (1200-1600 həbçi) göndərib.

Mənbələrdən biri əslində daha çox əsgər göndərildiyini bildirib.

Qəzet yazır ki, Suriyadan Ukraynaya bir neçə komandir də göndərilib və Rusiya hazırda Suriyada gündəlik əməliyyatlara və İsraillə koordinasiyaya o qədər də diqqət yetirmir.

Rusiya və İsrail qərargahları arasında 2018-ci ildən bəri qapalı qaynar əlaqə xətti mövcuddur.

2018-ci ildə Suriya hava hücumundan müdafiə qüvvələri səhv edərək İsrail təyyarəsinin əvəzinə Rusiya təyyarəsini vurmuşdu. Qaynar xətt bu insidentdən sonra açılmışdı.

İsrail tərəfi Rusiya ilə bu qaynar xəttin bağlanmasında maraqlı deyil.

Ukrayna vurulmuş İran dronlarını İsrail və ABŞ-a verir

İsrailin müdafiə naziri Benni Qantz oktyabrın 19-da bildirmişdi ki, onun ölkəsi Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyəcək.

Amma The New York Times yazır ki, İsrail Ukrayna Silahlı Qüvvələrinə başqa şəkildə kömək edir.

Məsələn İsrail Ukraynaya İran istehsalı olan Şahed-136 dronları barədə məlumat verir.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Rusiya hazırda Ukrayna şəhərlərini və enerji qurğularını bu dronlarla bombardman edir.

Qəzetin yazdığına görə Ukrayna İsrailə vurduğu dronların hissələrini ötürür. Bu qırıntıların öyrənilməsi Ukraynaya dronlarla mübarizədə kömək edə bilər.

The Washington Post qəzeti isə yazıb ki, Ukrayna Şahed-136 dronlarının qırıntılarını eyni məqsədlə ABŞ-a da ötürür.

XS
SM
MD
LG