Növbəti dəfədə Bakıya çathaçatda Nazilə xəbər vermək üçün Dilarədən Saranın vizit kartını istədi. Halbuki Saranın telefon nömrəsini əzbər bilirdi. Amma oyunu elə oynamaq lazımdı ki, oyun olduğu duyulmasın. Dilarə yalandan ciblərini eşələdi, üst-başını axtardı, itirdiyini söylədi. Bu da onun oyunuydu, Sara ilə görüşmək istəmirdi. Dilarə Nazilənin oyununu təbii qəbul etdiyi kimi, Nazilə də öz məzhəbində Dilarənin oyununu təbii qəbul etdi. Vaysındı ki, gərək vizitkanı özü saxlayaydı. Dilarə dedi:
- Vaysınma, gedək yenə öz tanışıyın yanına...
Nazilə tez razılaşsa da talkuçkanı dolana-dolana Dilarəni aparıb "təsadüfən" Saranın dükanına çıxartdı. Bazar o qədər qarışıq idi ki, hara necə getdiklərini Dilarə hələ yaxşı bilmirdi. Guya dükanları gəzə-gəzə gedirdilər. Qəfildən Sara ilə qarşılaşanda gözlərinə inanmadı.
- Boy, ağız, Dilarə, bu Sara deyil?.. - Nazilə süni bir təəccüb və sevinclə Dilarənin qolundan dartdı. - Təsadüfə bax, sən allah!.. Qəsdə durub axtarsan, heç tapmazsan... - Dilarə ürəyində Nazilədən şübhələnsə də üzə vurmadı.
- Həmişə siz gələsiniz!.. - Sara onları gülərüzlə qarşıladı. - Bəs niyə xəbərsiz-ətərsiz?..
Nazilə vizitkanı itirdiklərini söylədi. Sara tezbazar çay süfrəsi açdırdı. Arada bayıra çıxıb cib telefonu ilə İlhama zəng elədi. İlham şappadanxeyir böyürdən çıxdı. Hələ içəri girməmiş:
- Hardasan, Sara?.. - deyib onu harayladı.
Sara gülə-gülə İlhama sarı çöndü.
- Balam, sən hara, bura hara? Qulağına səs dəyib? Nə bildin Dilarə qonağımdı?..
- Kim?.. Dilarə?.. O hansı Dilarədi?.. - İlham da oyuna qatıldı.
- Keçmiş rəfiqəmi, dostumuzu deyirəm də?.. - Sara əliynən arxası İlhama tərəf oturmuş Dilarəni göstərdi. - Bax, gör tanıya bilirsən?.. Bu da onun rəfiqəsidi...
İlham Dilarəni içəri girən kimi qaralamışdı. Ürəyi əsə-əsə irəli yeridi.
- Çox şadam! - Gülümsəyərək Dilarənin qarşısında dayanıb əl uzatdı. - Salam, buralara xoş gəlmisiniz...
Dilarə əlacsız qalıb onun əlini tutdu. Özündən asılı olmayaraq qıpqırmızı qızardı.
- İlham bizim ümumi dostumuzdu. - Sara İlhamı Naziləyə nişan verdi. - Qabaqlar üçümüz də şəhərdə bir mağazada satıcı işləmişik. İndi mənim kimi İlhamın da həm şəhərdə, həm də burda, bazarda iri toçkaları, mağazaları var.
- Çox gözəl, çox pakizə!.. - Nazilə sevindiyini bildirdi.
- Yaxşı, xeyir ola, siz burada neynirsiniz?.. - İlham soruşdu. - Yəqin xeyir iş-zad üçün alış-verişə çıxmısınız? - Sara aydınlaşdıranda məmnunluqla gülümsədi. - Belə de. İndicə gedərik mənim də skladıma baxar, nə lazımdısa götürərsiniz...
- Uzaqdadı?.. - Nazilə İlhamın sözünü göydə qapdı.
- Yox, qonşuluqda, Sədərəkdədi...
- Biz dükanları gəzə-gəzə elə Sədərəyə gedirdik. - Nazilə dedi.
- Nəyə, xeyirdimi? - Sara soruşdu.
- Sədərəkdə köhnə tanışım var.
- Az, bizdən köhnə olmayacaq ki! - Sara dedi. - Sağlığınıza hər iki bazar əlimizdədi. Nə istəsəniz İlhamla tapıb düzəldəcəyik.
- Bu Dilarə çox qəribə adamdı. - Nazilə gah Saraya, gah da İlhama baxdı. - İnanırsınız, indiyəcən sizin haqqınızda mənə bir kəlmə də deməyib...
- Onu qınamayın, - Sara Dilarəyə haqq qazandırdı. - Bizim işlərimizdən xəbərsizdi.
- Yaxşı, Dilarə, fikrin nədi, niyə dinmirsən?.. - Nazilə saatını göstərdi. - Vaxt keçir, axşam qayıtmalıyıq.
- Belə eləyək də, - Sara yenə Dilarəni qabaqladı, - gedək əvvəl İlhamın skladına baxın. Təzə mal gətirib. Məsləhətləşin, necə istəsəniz, o cür də edərik. Düz demirəm, İlham?..
- Əlbəttə!.. - İlham təsdiqlədi. - Deyin görüm, sizi əsas hansı mallar maraqlandırır?..
- Xırdavat, - Nazilə dedi. - Üstəlik, ucuz olsun...
İlhamın anbarına girəndə Dilarə gördü ki, bu, keçən dəfə Nazilə ilə mal götürdükləri anbardı. Şübhəli-şübhəli soruşdu:
- Nazilə, bu, tanışıyın anbarı deyildi?..
- Doğrudan haa!.. - Nazilə də özünü çaşmış kimi göstərdi. - Balam, bizi hara gətirmisiniz? Bura tanışım Firanın, Firəngizin anbarıdı axı... - O tərəf-bu tərəfə boylandı.
- Demək, siz burdan alver edirdiniz?
- Hə, - Nazilə dedi.
Bu zaman arxa tərəfdən çıxan orta yaşlı, güləş sifətli bir qadın onlara yaxınlaşdı.
- Nazilə xanım, xoş gəlmisiniz! - Əvvəl Nazilə, sonra da Dilarə ilə görüşüb öpüşdü. - Həmişə siz gələsiniz.
- Firəngiz xanım, bu nə işdi belə?.. - Nazilə soruşdu.
- Nə var, nə olub, Nazilə xanım?..
- Mən bu anbarı sizinki bilirdim. İndi deyirlər...
- Bilirsiniz necədi, Nazilə xanım? - Firəngiz aydınlaşdırmağa çalışdı. - Mən buranın, belə demək mümkünsə, baş satıcısı, müdiriyəm. Sahibi İlham müəllimdi. Özü hər saat burda olmur...
- Deyirəm də, mən burda səni görüb, səni tanımışam.
- Bəlkə də İlham müəllimi də görmüsünüz, tanımadığınıza görə fikir verməmisiniz.
- O da ola bilər.
İlham sanki deyilənləri doğrultmaq üçün indi də harasa çıxıb getdi. Dilarəgil xeyli mal seçib ayırdılar. Sonra gördülər ki, çoxdu. Bəzilərini qaytarmaq istəyəndə İlham qapıdan girdi.
- Hə, ürəyinizə yatan nə tapmısınız?.. - Ortalıqdakı mallara baxıb, - Elə bu?.. - dedi.
- Azdı?.. - Nazilə soruşdu.
- Canım, burda nə var?..
- Siz əvvəl haqq-hesaba vurun görək pulunu ödəyə biləcəyik, ya yox? - Nazilə dedi.
Hesabladılar, böyük məbləğ alındı.
- Çoxdu!.. - Nazilə Dilarəyə sarı döndü. - Elə deyil, bacı?..
- Hə... - Dilarə təsdiqlədi.
- Bunun nəyi çoxdu?.. - İlham güldü. - Problem pul problemidisə, çatmayanı nisyə yazarıq.
- Müəyyən hissəni həmişə Firəngizdən də nisyə götürürəm, amma bu qədər yox də...
- Malımızın hamısı Dilarəyə qurbandı!..
Saranın mallarından da bəzi şeylər seçdilər. İlham girəvələyib Dilarəni sorğu-suala tutdu:
- Uşaqdan-zaddan nəyin var?..
- Bir oğlandı... - Qeyri-ixtiyari ağzından qaçdı. Həmin dəqiqə də qızardı.
- Allah saxlasın!.. Ərin işləyirmi?..
- Belə də... - Dilarə miyanə bir cavab verdi.
- Mən hələ subayam. - İlham zarafat tərzində, sözgəlişi dedi, niyə, özü də bilmədi.
Gizlicə Dilarəyə telefon nömrəsini, tələsik qaraladığı məktubunu ötürdü...
* * *
"Salam, Dilarə! Bəlkə də mənə inanmayacaqsan. Amma bu illər ərzində səni bircə gün də unutmamışam. Qarşında günahkaram və günahımın böyüklüyünü başa düşürəm. Bunları özümü təmizə çıxartmaq üçün yazmıram. İstəyirəm biləsən ki, vicdanım qarşısında çəkdiyim cəza günahımdan daha böyük, daha ağırdı!.. Nəyim varsa, fikirləşmədən, bir göz qırpımında hamısından əl çəkərdim, təki yenidən həyatıma qayıda biləydin. Kənardan baxan puluma, var-dövlətimə köks ötürsə də sənsiz o vaxtkı İlhamdan qat-qat kasıb, bədbəxtəm. Bütün bunları sənin həsrətini çəkə-çəkə dərk etmişəm... Səni təzədən tapdığıma (çox da adıyın üstündə başqasının adıdı) bilsən necə şadam! Kaş qəlbinin ən məhrəm guşəsində ikimizin məhəbbətindən yadigar üstünü kül örtmüş kiçicik bir köz qalmış olaydı. Onu göz yaşlarımla alovlandırmağa gücüm çatardı!..
Qalan ömrümü də əvvəlki kimi sənin xəyalınla yaşamağa, səni gözləməyə hazıram. Məni bağışlamağa çalış. Mənə iynə gözündən keçən işıq qədər ümid ver!.. Sənin itin, pişiyin İlham..."
Dilarə İlhamın məktubunu oxuyub qurtarandan sonra əlləri ilə üzünü örtüb bərkdən hönkürdü. Yatağına yıxılıb doyunca ağladı...
* * *
Dilarə məktubdan sonra öz həyatına, Şahmarlı günlərinə təzədən nəzər yetirdi. Gec də olsa etiraf etdi ki, Şahmarı sevmir. Əvvəldən sevməyib. Ona mehriban, yaxşı adam kimi bağlanıb. Bu bağlılıq qarşılıqlı, könüllüydü. Belə olmasaydı, Şahmar hələ o vaxt, bakirəliyinin başqası tərəfindən pozulduğunu açıb danışanda Dilarədən aralanardı. Dilarə onun şəxsində sadiq himayədarını tapmışdı. Həm də ən ümidsiz vaxtlarında. Bəlkə Şahmar özü də onu həqiqi mənada sevməyə imkan tapmamişdı? Əvvəl kişi qadına necə meyil salırsa eləcə meyil salmış, sonra da halına acımış, qayğısını əsirgəməmişdi... Sevən Könül kimi olardı. Dilarə özünü bu məhəbbətin qarşısında maneə sayırdı. Bacarsaydı ortadan çəkilərdi. Kaş Şahmar da Könülü sevə, onun məhəbbətinə cavab verə biləydi. Onda Dilarə üçün ortadan çəkilmək daha asan olardı!..
Düzdü, hərdən hərəkətləriynən onu qıcıqlandıran, əsəbiləşdiriən Könülə acığı tuturdu. Amma çox vaxt qıza yazığı gəlirdi. Hətta bəzən ona kömək etmək istəyirdi. Könül görünəndə səssizcə aradan çıxır, qızın Şahmarla tək qalmasına şərait yaradırdı. Bu, bir zaman Şahmarın ona göstərdiyi xeyirxahlığına cavabdı-nədi, Dilarə özü də baş açmırdı...
* * *
Ucsuz-bucaqsız bir çəmənlikdə əl-ələ verib qaçırdılar. Birdən Dilarənin ayağı büdrədi, dizəcən torpağa batdı. Demə, çəmənlik yalançı, tələ imiş. Dilarə əl-qol atır, çığırır, İlhamı köməyə çağırırdı. Niyə İlhamı, anlamırdı. Axı bayaqdan əl-ələ verib qaçdığı Şahmardı! Birdən-birə hara qeyb oldu?.. Bəlkə İlham gözünə Şahmar kimi görünmüşdü?.. Çaşıb qalmışdı. Qəribəydi, kənardan ona kömək əlini uzadan, vurnuxan dəqiqədə bir dəyişir, gözünə gah Şahmar, gah da İlham kimi görünürdü... Sonra bataqlıq Dilarəni tamam uddu. Lakin o, bataqlığın altından işıqlı dünyanı görürdü. Onu səsləyən, əks-səda verən səsi də eşidirdi.
- Dilarəəə!.. - Amma səsin İlhamınmı, Şahmarınmı səsi olduğunu ayırd edə bilmirdi...
- Nədi, Dilarə, nə olub?.. - Şahmar yuxuda inildəyən Dilarəni silkələyib oyatdı.
- Yuxu görürdüm, - Dilarə qan-tər içində mızıldandı.
- Pis yuxuydu?..
- Hə, bataqlıqda batır, səni köməyə çağırırdım...
- Köməyinə çata bildimmi?..
- Yox...
- İnanmıram ki, məni çağırasan, köməyinə çatmayam. - Şahmar zarafatyana dedi. - Yəqin nəyisə qarışdırırsan...
Dilarə cavab vermədi...
* * *
Eyvanda çay içirdilər. Bərk külək əsirdi. Zəhra xala dodağının altında dua edirdi.
- Allah ziyanlığından saxlasın!..
- Qorxma, ana. - Şahmar dedi. - Bəs Bakıdakılar neynəsin? İlin on iki ayı küləkdi!..
- Onlara baxma, oğul, öyrəncəlidilər...
- Şahmar, vallah, elə bil bu külək Bakıdakından da betərdi. - Bayaqdan özünü tox tutan Dilarə də qorxduğunu gizlətmədi.
Qonşu uşaqla tut ağacının altında oynayan Dilqəmin dünya vecinə deyildi. Oğlan qollarını açıb ora-bura qaçır, Dilqəm də velosipedlə onu qovurdu. Səs-küyləri həyət-bacayla birdi.
- A bala, ay uşaq, yığışın evə, külək sizi yıxar... - Zəhra xala arabir onları haraylayırdı.
- Yıxmaz, - oğlan gülə-gülə qışqırırdı. - Külək bizi uçurdur ey, baxın...
Dilqəm də tutuquşu kimi onun sözlərini təkrarlayırdı...
Qonşu oğlanın böyük qardaşı gəldi ki, anası onu çağırır.
- Neynir ee?.. - Uşaq dilxor oldu.
- Deyir, küləkdi, gəl evə...
- Oynayırıq axı...
Qardaşı başına bir qapaz saldı, qolundan tutub dalınca dartdı.
- Ə, uşaqla işin yoxdu!.. - Şahmar eyvandan acıqlandı.
Dilqəm tək qaldı. Bu, Zəhra xalanın ürəyindən oldu.
- Bala, sən də gəl evimizə.
Dilqəm acığa düşmüş kimi velosipedini təzədən o tərəf-bu tərəfə qovdu. Birdən qocaman tut ağacı ləngər vuraraq bərkdən şaqqıldadı. Kökündən qoparaq böyrüstə aşdı.
- Dilqəm!.. - Üçü də bir ağızdan bağıraraq irəli cumdu.
Əsl möcüzəydi. O boyda tut ağacı həyət boyu sərilmiş, amma ortasında qalan uşağa heç bir xətər yetirməmişdi. Böyüklərin hay-harayı, əl-ayağa düşməsi Dilqəmi daha artıq qorxutmuşdu.
- İç, bala, iç!.. - Dilarə tez su gətirib uşağa içirtdi.
Nə baş verdiyini anlamayan Dilqəm hələ də velosipedinin üstündə quruyub qalmışdı. Birdən şəridi, qapının zəngini, cağı qopardaraq yerə döşənmiş tut ağacına baxıb günahkarcasına:
- Mən eləmədim haa, - dedi.
Bir-birinin üzünə baxaraq bərkdən gülüşdülər...
* * *
Dərdi azmış kimi, Şahmarın bir böyrəyi də ağrımağa başlamışdı. Hava soyuq olanda, külək vuranda üşüyür, sızıldayırdı. Belinə yun şal bağlayırdı. Soyuq səngərlərdə keçən günlərin bütün ağrı-acısı indi üzə çıxırdı. Türkəçarəyə inanmasa da qarğıdalı saçağı, itburnu-zad dəmlədib içirdi. Ağrıları gah azalır, gah da artırdı...
Böyrəyi iynə kimi sancdı. Nəfəs çəkmədən əlini ağrıyan yerə qoyub gözlədi. Sanki bütün canı o nöqtədəydi. Ağrıya dözmək çətinləşirdi. Alnını soyuq tər basdı. Oyuncaqları ilə oynayan Dilqəmi qorxutmamaq üçün astadan Dilarəni çağırdı. Dilarə sifətinin əyildiyini, rənginin ağardığını görəndə özünü itirdi.
- Nədi, Şahmar? - Əlində toxuduğu corabı qırağa qoydu. - Boğulursan? Sinəndi?.. - Elə bildi yenə bronxlarıdı.
- Toxunma, böyrəyimdi...
Dilarə başının altına mütəkkə qoyaraq Şahmarı uzandırdı. Zəhra xala da əl-ayağa düşdü.
- Az, hanı astmapenti?.. - Boğulanda astmapentdən istifadə edirdi.
- Belə dur, ay ana, böyrəyidi.
Şahmar Dilqəmə görə səsini içinə salmağa çalışsa da dözmür, yerində qıvrılaraq inildəyirdi. Uşaq baxıb-baxıb birdən ağladı. Zəhra xala onu ovutmağa çalışdı. Dilarə Şahmara saçaq çayı içirtdi. Ağrı azalmayanda təcili yardım çağırdılar. Həkim dərdini soruşub öyrənəndən sonra iynə vurdu.
- Biz belə millətik, - yıxılmayınca həkimi tanımır, axtarmırıq.
- Düz deyirsən, doxdur, - Zəhra xala təsdiqlədi. - Amma Allah kasıblığın üzünü qara eləsin.
- İcazə verin sizinlə razılaşmayım, anam. Kasıbımız da bu gündədi, varlımız da.
Gözlədilər, iynədən sonra Şahmarın halı babatlaşdı. Həkim yığışdı.
- Sabah poliklinikada analiz verər, yoxladarsınız. Böyrəklə zarafat olmaz, cavan oğlan...
- Sağ ol, həkim, əlin-qolun ağrımasın. - Zəhra xala dil-ağızla Dilarənin xəlvəti ovcuna qoyduğu pulu həkimin cibinə saldı...
* * *
Şahmar analizlərini verdi, aparata düşdü. Böyrəyində daş vardı. Həkim dedi:
- Məndən olsa, Bakıya gedərsən. Orda aparatlar daha güclü, şərait daha yaxşıdı.
- Bilirəm, həkim, - Şahmar qımışdı. - Pis, zəif olan öz imkanlarımdı. Yəni dava-dərmanla ötüşməz?..
Həkim yarıkönül bir kurs müalicə yazdı. Ancaq ikinci tutma daha ağır keçdi. Yenə təcili yardım çağırdılar. Keçən dəfəki həkimdi. Analizlərə, aparatın cavabına baxıb Şahmarı qınadı:
- Qanan oğlansan, niyə özünü aldadırsan? Səninki Bakılıqdı, canına yazığın gəlsin...
Həkim gedəndən sonra Zəhra xala da, Dilarə də dad döydülər:
- Gecikdirmə, ay Şahmar...
- Elə hamınız dirənmisiniz ki, gecikdirmə. - Şahmar əsəbiləşdi. - Bakıya gedənin yaxşı pulu olmalıdı. - Ən böyük tiri qabaqlarına itələdi.
- Pulumuz yoxdu deyə, iraq-iraq, gözümüzün qabağında ayağını uzadıb öləcəksən? - Dilarə də hirsləndi. - Nəyə gücümüz çatır, onu da eləyəcəyik!..
Dilarənin təkidi ilə göndəriş alıb Bakıya yola düşdülər...
* * *
- Baa, kimi görürəm mən?.. - Dilarəni qardaşı qarşıladı. - Yenə tək?.. Xeyirdimi?..
Qorxutmamaq üçün dedi ki, xeyirdi. Anasıynan da görüşəndən sonra içəri keçib paltarını dəyişdi, rahatlandı. Handan-hana anasına dedi ki, əri xəstələnib.
- Yerdə yatır yəni?..
- Bakıya, böyrək institutuna gətirmişəm. - Ətraflı danışdı. - Sabah bir də analiz götürəcək, yoxlayacaqlar. Daş məsələsi təsdiqlənsə, aprestlikdi.
- Ürəyini sıxma, qızım, Allah kərimdi. - Anası toxtaqlıq verdi.
Bakıya səhər tezdən çatmışdılar. Günortayacan Şahmarı həkimə göstərmiş, sənədlərin qaydaya salmış, palataya götürtmüşdü. Altdan-altdan xəstələrin ağzını arayıb həkimlərin əməliyyata, müalicəyə nə qədər aldıqları ilə maraqlanmışdı. Elə qiymətlər eşitmişdi ki, gözləri böyümüşdü...
Əməliyyat üçün yaxşı cərrah lazımdı. Yaxşı cərrah da yaxşı pulu olan, arxalı-daldalı xəstəyə yaxın dururdu. Onlar üçün ölüm-itim adi şeydi. Hissləri küt bıçaq kimi korşalmışdı...
Bunları fikirləşdukcə Dilarə havalanırdı. Neyləsin? Dərdini kimə desin? İstənilən məbləği hardan tapsın? Əlindəki də nisyə götürdüyü malların puluydu. Əməliyyata çata-çatmayaydı. Hələ bunun müalicəsi, dava-dərmanı və s. vardı. Halbuki kağız üzərində hamısı pulsuzdu...
- Ana, mən gedirəm. - Dilarə durub-durub birdən ayağa qalxaraq geyindi.
- Hara, ay bala?.. - Anası təəccübləndi.
- Şəhərə.
- Şəhərdən indi gəlmədin?.. - Saata baxdı. - Gecdi axı. Gör saat neçədi?..
- Narahat olma, günün biri bir ildi.
- Bayaqdan desəydin, qardaşın da sənnən gedərdi. - Qardaşı harasa çıxmışdı.
* * *
Dəmiryol vağzalının qabağında mobil telefonlarını kirayə verənlərə yaxınlaşdı. Nə zamandı Şahmarla arzulasalar da artırıb özlərinə bir cib telefonu ala bilmirdilər. Gündə ortaya bir iş çıxırdı. Cavanlardan biri Dilarənin niyyətini duyub soruşdu:
- Telefon lazımdı?..
- Hə.
- Nömrəni deyin, yığım... - Telefonunu göstərdi.
Saranın nömrəsini dedi. Oğlan dönə-dönə yığsa da çağırmadı.
- Bağlıdı, xala, düşmək olmur. Başqa nömrəniz var?..
- Yox... - İlhama zəng vurmaq istəmirdi.
Məqsədsiz-filansız sovetin dövründə İliç bağı adlanan bağa doğru addımladı. Elə hey fikirləşirdi ki, İlhama zəng vursun, ya yox? Şahmar bilsə, onu belə bir addım atmağa qoymazdı. Yox, o, İlhama zəng vuracaq, bu köməyi ondan istəyəcəkdi. Gözü baxa-baxa Şahmarın ölməyinə razı ola bilməzdi!..
Təzədən telefon axtardı. Nömrəni deyib gözlədi. Elə ilk cəhd uğurlu alındı.
- Alo, kimdi?.. - İlhamın səsini eşidəndə ürəyi əsdi. - Alo? Alo? Kimdi?.. Cavab ver...
Səs-küydən yayınmaq üçün üzünü o biri tərəfə çevirdi. Həyəcanını boğaraq dilləndi:
- Salam, İlham... mənəm, Dilarədi. - Ürəyi az qalırdı sinəsini deşib çıxsın.
- Kimdi?.. - İlham soruşdu. Yəqin eşitdiyinə inanmırdı.
- Mənəm ey, mən, Dilarə... - Bərkdən təkrarladı.
- Dilarə, sənsən? - İlhamın o başda ürəyi atlandı. - Hardasan? Hardan zəng vurursan?..
- İliç bağının yanından.
- Orda neynirsən?..
Elə bildi Nazilə ilə mala gəliblər. Eşidəndə təkdi, daha uzatmadı, dedi, üzbəüzdə, S. Vurğunun heykəlinin qabağında gözləsin, gəlir...
Qara rəngli xarici maşın səkiyə yan aldı. Oğrunca boylansa da tünd şüşələrindən içindəkini yaxşı seçmədi. Qapısının aralanmağı ilə İlhamın səsini eşidəndə diksindi.
- Dilarə!..
Keçib arxada əyləşdi. İlham çönüb onun əlini yüngülcə sıxdı.
- Haçan gəlmisən, xeyirdimi? - Dilarə məsələni anlatdı. - Demək, aprestlikdi. Kim eləyəcək?..
- Bilmirəm. Fikirləşdim ki, yəqin sənin tanışın olar...
- Dayan, bir tanışım var, çox delavoy oğlandı. - Cib telefonunu çıxardıb zəng vurdu. - Alo? Zaur, sənsən? Salam. Sənə bir işim düşüb. - Qısaca anlatdı. Şahmarı xalası qızının əri kimi tanıtdı. Nə eşitdisə, - nolar, gözləyirəm, - dedi, - beş-on dəqiqəyə bir də calaşarıq... - Telefonu söndürüb Dilarəyə sarı döndü. - Ürəyini sıxma, düzələr. Tanış uroloq-cərrah var, onunla danışacaq...
Maşını tərpədib axına qarışdı. İlahi, o, necə də dəyişmiş, ciddi, işgüzar adama çevrilmişdi.
Bir azdan telefonu çağırdı.
- Eşidirəm, Zaur. - Tez-tez başını tərpədir, arabir "aydındı", deyirdi. - Yadımda qalar, professor Zamanlı. Problem yaransa zəng vuraram. Sağ ol!.. - Güzgüdə Dilarəni süzdü. - Pofessor Zamanlı ilə danışıb. Bir az çəm-xəm eləyib, amma boynuna qoyub. Deyib, sabah işdə, yəni xəstəxanada yaxınlaşıb tanışlıq verərlər...
- Başından eləməz ki?..
- İnanmıram, dostum vesdi adamdı. İstəsən, sabah gəlib həkimin yanına özüm girərəm.
- Lazım deyil, - Dilarə etiraz etdi, - bu, əlavə problem yaratmaqdı.
- Şahmar məni tanımır. Deyərsən, sinif yoldaşımdı, professora tapşırmağa gəlib...
Dilarə istədi desin ki, Şahmar səni yaxşı tanıyır, demədi. Hələ vaxtı deyildi.
- Özüm taparam. Sən hər ehtimala qarşı, sabah professora bir də zəng vurdurarsan.
- Ağıllı fikirdi. - İlham gülümsədi. - Pul dərdi çəkmə, həkim mənlikdi. Yaxşımı?..
Dilarə uşaq kimi kövrəlsə də özünü tox tutdu. İlham istədi onu restorana-zada aparsın, birlikdə şam etsinlər, razı olmadı. Sonra vaxt taparıq, dedi. İlham dedi, neynək, yadında saxlayar...
* * *
Maşın cürbəcür döngələri dönür, evlərin arasına girir, xeyli gedəndən sonra təzədən genişliyə çıxırdı. Dilarə tünd şüşələrdən qaranlıqda hara getdiklərini binalara, mağazalara görə təyin etməyə çalışsa da bacarmırdı. Elə bil heç onun tanıdığı şəhər deyildi... Sonra yağış yağmağa başladı. Yavaş-yavaş güclənib leysana çevrildi... Maşın hərlənib-fırlanıb doqquzmərtəbəli binanın qarşısında dayandı.
- Məni hara gətirmisən, İlham?..
İlham cavab vermədi. Dilarənin əlindən yapışıb darta-darta bloka saldı. Ordan da liftə. Qapılar bağlandı, ləngərlənərək köhnə, yağlanmamış araba kimi xırıldaya-xırıldaya, mırıldaya-mırıldaya yuxarı qalxdı. Başı fırlanır, qulaqları küyüldəyirdi. İlham qucaqlayıb dodaqlarından bərk-bərk öpsə də müqavimət göstərmədi... Sonra onlar tanımadığı otaqda, bir yataqdaydılar. Tamam mütiləşmişdi. İlham istədiyini edir, ürəyindən keçəni ondan alırdı...
- Doğrudan, o həkim professordu, İlham?.. - İşin o yerində birdəncə soruşdu.
- Doğrudan!.. - İlhamın nəfəsi təntimişdi.
- Yəni deyirsən, daşı böyrəyindən çıxardacaq?..
- Elə çıxardacaq, heç ruhu da inciməyəcək...
- İkibaşlı danışırsan, haa?.. - Ondan şübhələndi.
- İkibaşlı-zad danışmıram. Şahmardı-nədi, ona elə bir maya buraxmışam ki, daha bir də əl-ayağıma dolaşmayacaq. - Şaqqanaq çəkib güldü.
- Nə gicləyirsən?.. - Dilarə İlhamı üstündən aşırdı. - Onu aradan götürtmək fikrindəsən?..
Öz çığırtısına ayıldı. Qan-tər içindəydi...
* * *
Dilarə professor Zamanlını çətinlik çəkmədən tapdı. Tanışlıq verdi. Xəstənin adını, familiyasını, hansı palatada, nədən yatdığını söylədi. Professor onu arxayın saldı... Axşamtərəfi İlhamla zəngləşdi. İstədi yuxusunu danışsın, vaz keçdi...
Əməliyyat uğurlu alındı. Xəstəxanadan, Şahmarın yanından qayıdıb anasıgildə təzəcə rahatlanmış, divanda yatmışdı. Anası oyadıb dedi ki, küçədə onu çağırırlar. Yuxulu-yuxulu bu qəfil xəbərdən qorxdu.
- Bilmədin kimdi?.. - Soruşdu.
- Maşınlı bir gəlindi. Dedim, keç içəri, keçmədi.
davamı