ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis (Andronius Azubalis) Azərbaycan və Rusiyada sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasının tendensiyaya çevrildiyini bildirərək bundan narahatlığını ifadə edib.
Bunu aprelin 5-də Vilnüsdə keçirilən ATƏT-in seminarında çıxış edən A.Ajubalis deyib.
«Bizim təhlükəsizliyimizin təminatı özünü ifadə azadlığıdır. Özü də ancaq söz azadlığı formasında yox, həm də aksiyalar formasında. Ona görə də biz gərək həmişə çalışaq ki, milli seçki proseslərini qoruyaraq daha da inkişaf etdirək. Biz gərək sərbəst toplaşma azadlığını, hamının eyni dərəcədə mediadan istifadə etmək imkanlarını təmin edək», - deyə Azubalis əlavə edib:
«Son vaxtlar Moskvada və Bakıdakı tendensiyalar məni narahat edir. Biz gərək insanların döyülmək, həbs olunmaq və hətta ölüm qorxusu olmadan fikirlərini sərbəst şəkildə ifadə etmək azadlığını təmin edək. Fərq etmir Şərqi ya Qərbi Avropa ölkəsi olsun, bu təminatlar bütün ATƏT çərçivəsində qorunmalı və inkişaf etdirilməlidir».
A.Ajubalis martın 14-də Bakıya rəsmi səfərində də bu məsələlərə toxunmuşdu. O, Azərbaycanda Seçki Məcəlləsinin təkmilləşdirilməsinin, mətbuat azadlığının təmin olunmasının və siyasi partiyalar arasında dialoqun zəruriliyini qeyd etmiş, bu istiqamətdə ATƏT-in Azərbaycana köməyini təklif etmişdi.