Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:44

İnsanların evlərini başlarına uçuran gizli ölkə


Aşqabad
Aşqabad

Türkmənistan paytaxtının “gözəlləşdirilməsi” naminə elə bu paytaxtın 50 min sakini zor gücünə evlərindən didərgin salınıb.

Türkmənistan paytaxtının 2017-ci il Şərq Oyunlarına hazırlıq olaraq “gözəlləşdirilməsi” naminə elə bu paytaxtın 50 min sakini zor gücünə evlərindən didərgin salınıb.

Bu fakt Amnesty İnternational beynəlxalq insan haqları təşkilatının oktyabrın 28-də açıqlanmış hesabatına daxil edilmiş peyk fotoşəkillərindən bəlli olub.

Yerlə yeksan edilmiş ərazinin peyk görüntüsü
Yerlə yeksan edilmiş ərazinin peyk görüntüsü

Amnesty International təşkilatının peyk fotolarının təhlilindən bəlli olub ki, 2014-cü ilin martından 2015-ci ilin aprelinədək Aşqabad yaxınlığındakı Çoqanlı qəsəbəsində 5 minədək ev sökülüb. Təşkilat bildirir ki, hər evdə orta hesabla beş nəfərin yaşadığı təxmin edilir.

Amnesty bunu da aşkar edib ki, ötən sentyabradək bütün bu ərazidə ümumilikdə 10 min ev yerlə yeksan edilib və ailələri evsiz qoyan söküntülər başqa ərazilərdə də bugünədək davam etdirlir.

Rejimin “tank hücumu”

Amnesty International təşkilatının hesabatında prezident Qurbanqulu Berdımuxammedovun səltənəti “ən qalın pərdəyə bürünmüş ölkə” adlandırılır.

Çoqanlı söküntüdən əvvəl
Çoqanlı söküntüdən əvvəl

Bildirilir ki, bu ölkədə əhali qorxu içində yaşayır və bu vəziyyətin əleyhinə səsini ucatltmağa cəsarət etmiş azlıq özünü də, yaxınlarını da böyük riskə atmış olur.

və söküntüdən sonra
və söküntüdən sonra

Amnesty International və başqa beynəlxalq insan haqları təşkilatlarının bu ölkəyə səfərləri qadağandır, lakin göründüyü kimi kosmosdan çəkilən şəkillər və bunlara əlavə olaraq aparılmış müsahibələr, başqa məxfi mənbələrdən alınmış məlumatlar əsasında baş verən dəhşətli hadisələri aşkara çıxarmaq mümkün olub.

Keçmiş Çoqanlı sakinləri onların evlərini xaraba qoyan hökumət buldozerlərinin törətdiyini “tank hücumuna” bənzədiblər.

İndi insanlar ora ağlamağa gedirlər

Hesabatda deyilir ki, prezident Berdımuxammedov Oyunlardan əvvəl Aşqabadın modernləşdirilməsi layihələrinin icrasına şəxsən nəzarət və rəhbərlik edir.

Bu da vurğulanır ki, sözü gedən idman tədbiri Asiya Olimpiya Komitəsinin bayrağı altında keçiriləcək.

Keçmiş Çoqanlı sakinləri onların evlərini xaraba qoyan hökumət buldozerlərinin törətdiyini “tank hücumuna” bənzədiblər

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə proqramının direktor müavini Denis Krivoşeyev bildirir ki, Türkmənistan hökuməti Oyunlardan ölkənin dəhşətli insan haqları vəziyyətini düzəltmək üçün istifadə etməkdənsə, insanların həyatını daha məşəqqətli edib.

Təşkilat adamların yaşayış yerlərin qəddarlıqla dağıdılmasının dayandırılmasını və insanlara dərhal və qeyd-şərtsiz kompensasiya ödənməsini tələb edib.

“İndi insanlar oraya göz yaşları tökməyə gedirlər” – deyib bir keçmi Çoqanlı sakini.

Gündəlik həyat faktı

Hesabatda deyilir ki, neft və qazla zəngin ölkənin prezidenti və onun rejimi Oyunlardan öz ölkəsinin beynəlxalq mövqeyini gücləndirmək üçün istifadə etməyə çalışır.

Amnesty International xarici hökumətlərə xəbərdarlıq edir ki, bu ölkə ilə nə iqtisadi, nə də siyasi əməkdaşlıq Türkmənistanda insan haqlarının yaxşılaşdırılmasına xidmət etmir.

“Kədərlidir ki, təhdidlər və repressiyalar Türkmənistanda gündəlik həyat faktıdır” – deyib Denis Krivoşeyev.

Hesabatda deyilir ki, Türkmənistan hakimiyyəti ölkə vətəndaşlarının həyatının bütün aspektlərinə ciddi nəzarət edir. Minlərlə insan qara siyahıyılara salınıb və onların ölkəni tərk etmələri qadağan olunub.

Bu ölkədə internetə giriş son dərəcə məhdudlaşdırılıb, evlərin damlarında gizli qurulmuş peyk antennaları sökülür.

Həqiqətə görə 22 il həbs

Bu da qeyd olunur ki, belə bir şəraitdə səsini ucaltmğa çalışan tək-tük insanlara divan tutulur.

Kədərlidir ki, təhdidlər və repressiyalar Türkmənistanda gündəlik həyat faktıdır

Məsələn ölkədə korrupsiya və işgəncələr kimi neqativ halları faş edən Mansur Mingelov “pornoqrafik materialların hazırlanması və yayılması” ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum edilib, Saparmamed Nepeskuliev isə 2015-ci ilin iyulundan yoxa çıxıb.

Hesabatda bildirilir ki, qara sirr pərdəsinə bürünmüş Türkmənistandan xaricdə hər hansı bir informasiyanı əldə etmək olduqca çətindir, çünki Berdımuxammedov hökuməti insanları hətta mühacirət və sürgündə də dinc buraxmır.

Qeyd olunur ki, hesabata daxil edilmiş məlumatların bir qismi AzadlıqRadiosunun Türkmən xidmətindən əldə olunub.

Bu sənədə daxil edilmiş peyk fotolarının isə kommersiya provayderi DigitalGlobe qrupundan alındığı bildirilir.

XS
SM
MD
LG