Əli Kərimli AXCP-nin yenidən sədri oldu
AXCP rejimlə mübarizənin ön cəbhəsindədir. Hökümət əlindən gələni edir ki, bu qalanı sarsıtsın. AXCP-dən adamları aoparmaq üçün böyük pullar tökür.
...Mən sizinləyəm, kimin mənliyi çatmırsa bu yolu getməyə zəhmət çəksin çəkilsin.
Bu gün mənə qarşı hökümət mətbəxindən qidalananlar tərəfindən təxribat var. Hansı qətiyətlə rejimin oyunlarını ifşa etmişiksə Azərbaycan xalqının demokratiya yolunda mübarizəsini də davam edəcəyik.
Etirafetmək istəyirəm. Bir neçə il əvvəl AXCP-dən getmək barədə düşünmüşəm. bu gün bəyan etmək üstəyirəm. Azərbaycan höküməti nəfsindən tələyə düşüb. Bu gün represiya şəritində, məsələkdaşlarım həbsdə olduğu zamanda, mübarizə tələb edildiyi bir zamanda mənim kitabımda fərari olmaq yazılmayıb.
Sahib Kərimli namizdəliyini geri götürdü
"Hər kəs əlinizi vicdanınnıza qoyun deyin. Mən sədri bu günmü tənqid etməyə başlamışam?
Səsvermənin gizli olması vacibdir. Açıq səsvermədə açıq-aşkar müdaxilə var. Seçki keçirilməlidir. Əli bəyə 2018-ci ilə əqədr uğurlar arzulayıram. Həmin zaman qədər o 4 parlament seçkisi, 4 prezident seçkisi yola salmış olacaq. 2018- ci lin prezident seçkilərində Əli Kərimli məğlum olarsa mən qüvvələri birləşdirmək üçün sədrliyə namizəd olacam."
Qurultayda AXCP sədrliyinə namizədlərin verilməsi davam edir. AXCP sədrinin müşaviri Sahib Kərimli namizdələrdən biridir. O Əli Kərimlinin hesabatını qənaətbəxş hesab etmir.
"Hər bir çəbhəçi, hər kəsin gözünün içinə dik baxa bilən adamdır. Mənim sümüklərim AXCP-nin yükünün ağırılığı altında bərkiyib.
Qarşınızda amansız bir rejim var. Cəbhəçi hər yerdə doğru bildiyini demək, etiraf etməkdir. heykəl deyil ki, sadəcə dik durak. Biz fəaliyət göstərməliyik.
Bu gün mənim namizədliyim olmasaydı qurultayın sonunda indi çıxdığımız durumdan daya yaxşı olmayacaqdı. Ən-ənəvilik olacaqdı."
Qurultayda Azadlıq qəzetinin təsisçiliyindən imtina edildiyi bildirilidi