AXCP Qurultay keçirir - AzadlıqRadiosu canlı yayım edir
Milli Şuranın sədri Cəmil Həsənli danışır
"Bizim həbs olunan əqidə dostlarımız parlamentdə namizədlər arasında mübarizədə ən böyük gücə, inelektual potensiala malik adamlardır. Bizim 80 siyasi məhbusun 50-yə yaxını potensial namizəddir.
Siyasi məhbus məsələsi bizim üçün prinsipal məsələdir"
Cəmil Həsənli: Əminəm ki, AXCP bu gün yeni formalaşdıracağı tərkib ilə yeniliklər edək. Xalqın haqqı və hhüququ uğrunda mübarizəsini davam etdirəcək."
"Azərbaycan hökuməti Dövlət Neft Fondunda toplanan vəsaitlərin 80 faizini xarici banklarda 0,7 faizlə saxlayır. Ancaq ölkədə banklar vətəndaşlara krediti 30-35 faizlə verir".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayında çıxışı zamanı AXCP sədri Əli Kərimli belə deyib. O, tədbirdə hesabat məruzəsi ilə çıxış edib.
Çıxışında iqtidarı kəskin tənqid edib, hökuməti korrupsiyada, rüşvətdə, fundamental azadlıqları, o cümlədən söz, mətbuat, toplaşmaq azadlıqlarını boğmaqda ittiham edib.
AXCP sədri hakimiyyətin Qarabağ siyasətini, pul-kredit siyasətini yarıtmaz adlandırıb, ölkədə repressiyaların davam etdiyini bildirib. Əli Kərimli hakimiyyəti siyasi məhbusları dərhal azadlığa buraxmağa çağırıb.
AXCP sədri Neft Fondunda toplanan vəsaitlərdən qeyri səmərəli istifadə edildiyini bildirib.
Çıxışında o, müxalifətin birliyinə də toxunub, deyib ki, AXCP həmişə birliyin tərəfdarı olub:
"Amma Milli Şuradakı bəzi qüvvələr birliyə qarşı çıxaraq, qurumu tərk etdilər. Bir müddət sonra isə həmin qüvvələr ictimai rəyin təzyiqi ilə üzləşərək dedilər ki, nə vaxta qədər AXCP-nin qərarları ilə hərəkət edəcəyik?!".
Qurultay AXCp üzvlərinin çıxışı ilə davam edir.