Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli
"Bölgələrdə mübarizə aparmaq çətindir. AXCP bütün məhrumiyyətlərə baxmayaraq, öz yolunu davam etdirir. Bu yol xalqın xoşbəxtliyinə aparan yoldur. Hər bir Azərbaycan vətəndaşını nələrləsə təmin edəcək, demokratiya dətirəcək bu yolda bütün üzvlərə uğurlar arzulayıram."
İlahiyyatçı alim İlqar İbrahimoğlu
"Bu gün Azərbaycanda baş verənləri bir cümlə ilə belə ifadə edə bilərik: Azərbaycan insanı iki seçim arasnda qalıb- həşarata çevrilsin, yoxsa çevrilməsin. Ləyaqət hissi onları buna çevirmir. Bu gün Azərbaycan gerçəkliyi o yerə gəlib çatıb ki, indi həmişəkindən daha vacibdir ləyaqəti qoruyub saxlamaq."
Qurultayda ilahiyyatçı Alim Tale Bağırzadənin də təbrikləri oxunub. tədbirdə onun müavini Elçin Qasımov:
"Represiyaya məruz qalan islamçıları müdafiə etdiyinə görə, əqidaşlarımızın hicabaına qarşı çıxanlara etiraz etdiyinə görə, həbsdəki yoldaşlarımızı müdafiə etdiyinə görə AXCP-yə təşəkkür edirik. Haqq uğrunda, zülmə qarşı müabrizə aparan islamçılarla AXCP arasında əlaqələr yaxın gələcəkdə genişlənəcək. Hökümətin xalqa etdiyi təcavüzünə qarşı əl-ələ verərək mübarizə aparaq.
Allah da Azərbaycan xalqına azadlıq nəsib edəcək.
Qurultayda Milli Şuranın fəxri sədri, kinorejissor, dramaturq Rüstəm İbrahimbəyovun və həbsdəki jurnalist Seymur Həzinin yolladığı məktubları oxunub