ABŞ-IN BAKIDAKI SƏFİRLİYİ AZADLIQRADİOSUNDA AXTARIŞIN SƏBƏBİNİN AYDIN OLMADIĞINI BİLDİRİR
ABŞ-ın Azərbaycandakı səfirliyi AzadıqRadiosunun Bakı bürosunun ofisində axtarış aparılması və ofisin qapılarının möhürlənməsi ilə bağlı Amerikanın Səsinin sualına cavab verib. Cavabda deyilir:
“Biz mətbuatda Azadlıq radiosunun ofisində hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq. Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil.
Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmilərdən qanunlara uyğun olaraq və Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırmaların aparılmasına çağırırıq. Biz ümidvarıq ki, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar”, cavabda deyilir.
ABŞ-DAN AZƏRBAYCANA İLKİN REAKSİYALAR
ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, AzadlıqRadiosunun Azərbaycan xidmətinin Bakıdakı ofisində axtarışlar, əməkdaşların saxlanması və istintaqa cəlb olunmaları xəbərlərindən narahatdırlar. Departamentin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, Azərbaycan hökumətini "özünün media azadlığını qorumaq barədə beynəlxalq öhdəliklərinə uyğun şəkildə şəffaf araşdırma" aparmağa çağırıb.
ATƏT rəsmisi - QƏBULOLUNMAZIDR
AzadliqRadiosuna qarşı hücumu Azərbaycanda fikir və söz azadlığının növbəti dəfə pozulması kimi qiymətləndirən Dunya Mijatovic baş verənləri qəbuledilməz adlandırır