Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:16

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

13:45 26.12.2014

AZADLIQ RADİOSUNDA AXTARIŞ

Bu gün təxminən 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosu-nun «Caspian Plaza» mərkəzində yerləşən Bakı bürosunda axtarışa başlayıblar.

Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub.

Saat 13:00-a olan məlumata görə, radionun ofisində axtarış davam edir...

13:46 26.12.2014

BAŞ PROKURORLUQDAN AZADLIQ RADİOSU İLE BAĞLI İLK AÇIQLAMA

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, "Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.

14:08 26.12.2014
AzadlıqRadiosunun Bakı ofisi
AzadlıqRadiosunun Bakı ofisi

AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşları konfrans otağında toplaşıb, prokurorluq işçiləri axtarışdadır.
AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşları konfrans otağında toplaşıb, prokurorluq işçiləri axtarışdadır.

14:19 26.12.2014

AZADLIQRADİOSUNUN ƏMƏKDAŞLARI OFİSDƏN ÇIXARILDI

AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşlarını prokurorluq əməkdaşları ofisdən çıxarıblar. Yalnız hal şahidlərinin iştirakı ilə ofisdə axtarış davam edir.

Davamı

XS
SM
MD
LG