AZADLIQRADİOSUNDAN REAKSİYA
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu radionun Bakı bürosunun ofisində aparılan axtarışa münasibət bildirib.
Praqadan “Media forum” saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Bakıdakı ofisdə aparılan axtarış “Azadlıq” radiosuna qarşı təxribat hesab edirlər və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndirirlər: "Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”. Açıqlamanı ətraflı burada Media Forum saytında oxu.
AzadliqRadiosunun adından saxta məlumat yaya bilərlər
AzadliqRadiosu Bakı ofisinin işinə müdaxilə edən şəxslər radionun möhürünü müsadirə ediblər. Bunu həyata keçirən şəxslərin radionun adından istənilən saxta sənəd hazırlamaq imkanı yaranıb. AzadliqRadiosu xəbərdarlıq edir ki, radionun adından yayılan hər hansı sənəd və məktubun saxta olmaq ehtimalı var.