20.45
Bu saata qədər prokurorluğa gətirilənlərdən ifadə alınması başa çatıb
Dekabrın 28-də səhər tezdən başlanaraq polislərin evlərinə gələrək öncə polis idarələri, sonra da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər idarəsinin İstintaq İdarəsinə gətirilən AzadlıqRadiosunun 20-yə yaxın jurnalistinin dindirilməsi başa çatıb.
Jurnalistlərdən ifadələri ilə bağlı istintaq sirrini yaymama haqda iltizam alınıb. Ümumi olaraq verilən suallar sırf olaraq radio əməkdaşlarının peşə fəaliyyəti ilə bağlı olub.
Daha öncə jurnalistlərin Bazar ertəsi səhər tezdən idarədə vəkillə ifadə verməsi haqda razılığa baxmayaraq AzadlıqRadiosunun vəkili Yalçın İmanov Baş Prokurorun 1-ci müavini Rüstəm Usubovun qərarı ilə şahid qismində istintaqa cəlb edilib və işdən uzaqlaşdırlıb deyə, faktiki olaraq radionun əməkdaşları vəkil müdafiəsindən gözlənilmədən məhrum ediliblər.
İstintaqdan çıxan AzadlıqRadiosunun əməkdaşları "Amerikanın Səsi"nə bunları deyirlər:
AzadlıqRadiosu vəkilinin prosesdən uzaqlaşdırlma səbəbi
Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov AzadlıqRadiosunun vəkili Yalçın İmanovun 2011-ci ildə AzadlıqRadiosundan ödəniş olunması əsas gətirilərək onun müdafiəçi olaraq vəkil kimi işdən uzaqlaşdırılması və şahid kimi işə cəlb olunması ilə bağlı qərar verilib.
Yalçın İmanov qərara əsasən bu gün prokurorluqda dindirilib. Vəkil həm işdən uzaqlaşdırılması, eləcə də son iki gündə AzadlıqRadiosunun ofisində axtarış aparılması və ofisin möhürlənməsi, radionun əməkdaşlarına qarşı təzyiqlər, hədə-qorxu və xof yaradılması kimi əməllərin qanunsuz olduğunu, və QHT-lər adı altında aparılan istintaqla bağlılığı olmadığı üçün əsassızlığını hüquq-mühafizə orqanlarının da diqqətinə çatdırılıb.
İstintaq sirri olduğu üçün AzadlıqRadiosu əməkdaşlarının hansı suallarla bağlı dindirilməsini və ifadələrinin özəlliklərini paylaşmasa da, ümumən sualların jurnalist fəaliyyətləri ilə bağlı olması da Yalçın İmanovun fikrincə, onlara qarşı istintaq tədbirlərinin əsassız olduğunu göstərir.
Jurnalistlər hələ içəridədir
Səhər tezdən yerli polis idarələri, sonra da prokurorluğa gətirilən AzadlıqRadiosunun əməkdaşlarının dindirilməsi davam edir.
Səhər zorakılıq tətbiq edilərək mənzilindən ayaqyalın və üst geyimi olmadan çıxarılan aparıcı Kamran Mahmudov Yasamal prokurorluğunda ifadə verib, çıxıb.
AzadlıqRadiosunun vəkili Yalçın İmanovu polis şahidkimi prosesdən uzaqlaşdırıb.
AzadlıqRadiosunun əməkdaşları vəkillə birgə Bazar ertəsi səhər prokurorluqda ifadə verməklə bağlı razılıq əldə edilsə də, polis şənbə günündən etibarən jurnalistlərin Bakıda və bölgələrdəki evlərinə gəlməyə başlayıb.