AZADLIQRADİOSU AZƏRBAYCAN HAKİMİYYƏTİNİ ÖZ ƏMƏKDAŞLARINA MƏNƏVİ TERRORA SON QOYMAĞA ÇAĞIRIR
AzadlıqRadiosu Respublika Prokurorluğu tərəfindən son günlər ünvanına səslənən ittihamları qətiyyətlə rədd edir, bu məlumatların yalan, təxribat və böhtan olduğunu bildirir.
AzadlıqRadiosu Azərbaycan hakimiyyətini öz əməkdaşlarına qarşı mənəvi terroru dərhal dayandırmağa, istintaqdan siyasi alət kimi istifadə edilməsinə son qoymağa çağırır.
Azad Avropa AzadlıqRadiosunun rəhbəri Nenad Pejic-in öncədən bəyan etdiyi kimi, bütün bunlar ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addımlar AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir.
Konqresmen Azərbaycanı AzadlıqRadiosunun işinin bərpasına çağırıb
ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü, konqresmen Eliot L. Engel Azərbaycan hakimiyyəti tərəfindən AzadlıqRadiosunun Bakı bürosuna keçirilmiş reyd və əməkdaşların dindirilməsi haqqında bəyanatla çıxış edib:
“Mən AzadlıqRadiosu və onun heyətinə qarşı Azərbaycan hökuməti tərəfindən yol verilmiş hərəkətlərdən dərin narahatlıq keçirirəm. Mətbuat azadlığı demokratiyanın məhək daşıdır və AzadlıqRadiosu Avropa boyunca həmişə bütöv nəsillər üçün etibarlı, qərəzsiz xəbər və informasiyaların mənbəyi olub. AzadlıqRadiosu Bakı Bürosunun hökumət rəsmiləri tərəfindən möhürlənməsi ilə bu mənbə susdurulub və azadlıq hücuma məruz qalıb” – deyilir bəyanatda.
Konqresmen Eliot L.Engel daha sonra deyib:
“Azərbaycan Rusiya və İranla həmsərhəd mühüm strateji ölkə olmaqla yanaşı enerji ehtiyatlarının aparıcı təchizatçısıdır. Sözü gedən hərəkətlərin davam etməsi Azərbaycanda demokratiyaya yalnız xələl gətirə bilər. Mən Bakıdakı liderləri AzadlıqRadiosunun öz işini bərpa etməsinə imkan yaradılmasına və radionun əməkdaşlarına qarşı təqiblərin dayandırılmasına çağırıram”.
"Azərbaycan ABŞ-a meydan oxuyur"
WSJ-da dərc olunan yazının müəllifi D.Kramer öz şərhini belə bri faktla başlayır ki, AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayıl həbs olunandan sonra Dövlət katibinin yardımçısı Tom Malinowski Bakıya xəbərdarlıq etdi. Bundan cəmi 8 gün sonra Azərbaycan hakimiyyəti xəbərdarlığa AzadlıqRadiosunun Bakı ofisinə hücumla cavab verdi. Müəllifin fikrincə, bu hərəkətləri ilə Azərbaycan hakimiyyəti ABŞ-a meydan oxuyur və Obama administrasiyasını Azərbaycanda insan haqlarını pozan dövlət məmurlarına sanksiya tətbiq etməyə çağırır. Ətraflı burada oxu
#AzadliqRadiosu BBC News - Azerbaijan: Fears over human rights intensify http://t.co/HOLU6GO3il
— AzadliqRadiosu (@RadioAzadliq) 9.1.2015