Nazir : "məndədi o diktofon, orda açıq alver gedir"
Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümov Göygöldə Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.
O, görüşdə nazirliyin yerli vəzifəli məmurlarına ciddi xəbərdarlıq edir: “Ağcabədidən ərizə gəldi mənə oxudum və daxili audit şöbəsinin müdirini dəvət etdim yanıma. Dedim bu adama gizli bir nəfər göndər, heç kəs xəbər tutmasın. Ona da vəsait ver qoy aparsın versin.
Həmin adam da cibinə diktofon qoyubmuş, indi məndədi o diktofon. Həmin diktofonda açıq alver gedir... Deyir ki, sənə 150 manat təyin edəcəm, bu qədərini mənə verərsən”.
Polisin vəzifələri genişləndirilir
Əgər qanuna əlavə təklifi qəbul olunsa, idman yarışları vaxtı tamaşaçını qorumaq da polisin vəzifəsi olacaq
Kreml Almaniyada 20 atom bombası yerləşdirilməsinə cavab verəcək
Kremlin mətbuat katibi Dmitry Peskov bildirib ki, Rusiya Almaniyada daha 20 Amerika atom bombasının yerləşdirilməsinə əks-tədbirlərlə cavab verəcək.
“Əlbəttə, bu, Avropa qitəsində gərginliyin artırılmasına doğru, çox təəssüf ki, ciddi bir addımdır” – deyib Peskov RBK agentliyinə.
ABŞ-ın Almaniyadakı hərbi bazada müasir atom bombalarını yerləşdirməsi barədə məlumatı Almaniyanın ZDF telekanalı yaymışdı. Kanal bu nəticəyə Amerika hərbi hava qüvvələrinin gələn il üçün büdcəsini təhlil etdikdən sonra gəlib.
Bu il "selfie"dən 12 adam ölüb
Bu il "selfie"-dən, telefonla öz şəklini çəkməkdən daha çox adam ölüb, nəinki köpək balıqlarının hücumlarından.