Respublikaçı namizəd: "müsəlmanın prezident olmasını istəməzdim"
ABŞ-da prezidentliyə respublikaçı namizəd Ben Carson deyib ki, o ABŞ-da müsəlmanın prezident olmasını istəməzdi. Keçmiş neyrocərrah ictimai rəy sorğularında irəlidədir.
Stratfor: "Status-kvonu dəyişəcək plan hazırlanır"
Stratfor Qarabağ haqda: "tərəflər tezliklə status kvonu dəyişəcək plan hazırlayırlar"
Əli Həsənov jurnalistlərin saxlanmasından danışdı
Əli Həsənov: "Bir sıra xarici media qeyri-qanuni fəaliyyət göstərir..." . "İnteraz", "Euroaz" televiziya kanalları, «Amerikanın səsi» radiosu, «Meydan TV» internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir. Ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.
Berlusconiyə 240 illik şərab verən zavod direktoruna qarşı cinayət işi
Ukrayna prokurorluğu bildirir ki, Krım şərabçılıq zavodunda saxlanan 240 illik şərabı Rusiya prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi üçün açmış zavod direktoru Pavlenko-ya qarşı ittihamnamə üzərində işləyir. Prokurorlar iddia edirlər ki, Putin və Berlusconi Krımda səfər zamanı məşhur Massandra şərab zavodunda olarkən yaşı 240 il olan şəraba qonaq ediliblər.