Müdafiə nazirliyi xəbərdarlıq edir
«Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək».
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Azərbaycan trolları səfiri hədəfə alıb
Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki xüsusi elçisi Daniel Baer Azərbaycanın hökumətyönlü trolları tərəfindən hədəfləndiyini bildirib.
Alternativ üsulla Qurban bayramı?
Türkiyədə sosial mediada son günlər belə fikirlər sürətlə yayılır ki, Qurban bayramında "5 nəfər yığışıb, bir qoç alıb, kəsməkdənsə, o, 5 nəfər toplaşıb, bir kasıbın evinə getsinlər, 2 aylıq işıq pulunu, qaz pulunu versinlər, onun başqa borclarını ödəsinlər və s.
Belə fikirlərə nəzəri əsaslar verənlıər də var. Yazar və filosof İhsan Eliaçık "Gaia" dərgisinə sentyabrın 23-də geniş müsahibə verib ki, Qurandakı "zəbih" anlayışı düzgün yozulmur. İbrahim peyğəmbərlə bağlı "Biz onu böyük xətadan qurtardıq" "Biz ona böyük qurban verdik" kimi yozulur.Eliaçık deyir ki, Quranda "mənim üçün qurban kəsin"-deyə bir şey yox.
Bu fikirlərlə azərbaycanlı ilhaiyyatçı Elşad Miri qətiyyən razı deyil. O deyir ki, Quranda qurbanla bağlı çox aydın deyimlər var. Elşad Mirinin fikrincə, Qurban bayramının alternativ üsullarla bayram edilməsi fikrini irəli sürənlər belə mövzularla gündəmə gəlmək istəyənlərdir.
Bəs bu alternativ üsullar təklifi niyə sosial mediada belə çoxlu tərəfdar qazanır?
Hansı tərəf düz deyir? Öz fikirlərinizi bizə yazın.
Bakıda "heyvan sevgisi"nin iki fərqli üzü...
Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırılan məhkəmə çəkişməsi hələ də davam edir.