Tərtər atəşə tutulub. 20 evə ziyan dəyib
Ötən gecə Tərtər şəhəri minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.
Qarabağ münaqişəsi niyə alovlanır?
Worldpoliticsreview.com saytında Michael Cecire yazır ki, «Rusiya-Türkiyə ədavəti də döyüşlərin qızışması ehtimalını artırır. Bəzi hesablamalara görə, aprelin əvvəlində tərəflərin verdiyi itki 2008-ci il Rusiya-Gürcüstan müharibəsində olduğundan çoxdur. Ancaq bu arada Moskva tərəfləri davamlı atəşkəsə cəlb etməyə çalışır. Moskvanın tarixən manipulyasiya etdiyini, periferiyasında münaqişələr yaratdığını nəzərə alsaq, niyyətlərinə şübhəylə yanaşılmalıdır. Ancaq son toqquşmalardan sonra Dağlıq Qarabağda sabitliyin yaradılmasını hədəfləyən istənilən cəhdi həvəsləndirmək gərəkir» Media icmalı
Yerevanda partlayan avtobus (video)
Aprelin 25-də Ermənistan paytaxtı Yerevanın rayonlarından birində axşam saatlarında avtobusda partlayış olub. 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Təfərrüatlar hələlik açıqlanmır. Ancaq deyilir ki, partlayış qazdan olmayıb, çünki avtobus kerosinlə işləyirdi.
«Azərbaycanda müstəqil jurnalistikaya müharibə elan olunub».
ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti yazının başlığı belədir. Media icmalı