Britaniya Avropa İttifaqını tərk etməyə səs verdi
Britaniyada keçirilən Avropa referendumunda səslərin sayılması davam etsə də, Aİ-dən çıxmaq istəyənlərin üstünlük qazandığı bəlli olub. Ətraflı burada oxu
David Cameron istefa verəcəyini deyir
Böyük Britaniyanın baş naziri David Cameron üç aydan sonra istefa vermək niyyətini bildirib. Cameron seçiciləri AB-də qalmağa səs verməyə çağırırdı. O, iyunun 24-də deyib ki, «AB-ni tərk etmək üzrə danışıqlar» başqa baş nazirin rəhbərliyi ilə aparılmalıdır. Ətraflı burada oxu
İngilis pulu manat qarşısında ucuzlaşdı
İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarı milli valyutasını manat qarşısında da ucuzlaşdırıb.
Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnəyə görə, ingilis funt-sterlinqi manat qarşısında 9.3 faiz dəyərdən düşüb. Dünən 2.2636 manat səviyyəsində qərarlaşan funt-sterlinq bu gün 2.0530 manata bərabər olub.
Həmçinin, avro da manat qarşısında 3.2 faiz ucuzlaşıb. 1 avro 1.6787 manata düşüb.
«Brexit» qərarında sonra funt-sterlinq dünya valyutaları qarşısında müəyyən qədər dəyər itirir.
Geert Wilders: «Hollandiya üçün referendum zamanıdır»
Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Geert Wilders da referendum çağırışı edib.
Wilders Twitter hesabında yazıb ki, Hollandiya xalqının ən qısa vaxtda Avropa Birliyi üzvlüyüındən çıxma zamanıdır