Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:35

Parlament büdcəni yenilədi


Milli Məclis
Milli Məclis

-

Yenilənən dövlət büdcəsinin gəlirləri - 16 milyard 822 milyon, xərcləri - 18 milyard 495 milyon manat olacaq.

Fevralın 23-də Milli Məclis büdcəyə dəyişiklikləri təsdiqləyib.

APA-nın xəbərinə görə, bu ilə dəqiqləşdirilən xərclər təsdiqlənmiş proqnozdan 13.7 faiz çoxdur. Yenilənib-dəqiqləşdirilən builki dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat olacaq.

Yenilənən dövlət büdcəsində xam neftin satış qiyməti əvvəlkində 2 dəfə az - 25 dollar səviyyəsində götürülüb.

2016-cı il icmal büdcə gəlirlərinin nəzərdə tutulan məbləği təsdiqlənən büdcədən 981 milyon 500 min manat az - 15 milyard 738 milyon 600 min manatdır. İcmal büdcənin xərcləri isə təsdiqlənən büdcəyə nisbətən 4 milyard 610 milyon manat artırılaraq, 24 milyard 566 milyon manata çatdırılıb. İcmal büdcənin kəsiri 8 milyard 828 milyon manatdır. ARDNF-in gəlirləri nəzərə alınmasa, bu kəsir 12 milyard 309 milyon manata çatır.

2016-cı il dövlət büdcəsinin əvvəlki və təsdiqlənmiş versiyasında büdcənin gəlirləri – 14 milyard 566 milyon, xərcləri – 16 milyard 264 milyon manat nəzərdə tutulmuşdu. İlk versiya ötən ilin oktyabrında qəbul edilmişdi. Neftin qiymətində yaşanan düşüş və dekabrın 21-də baş verən devalvasiya büdcəyə yenidən baxmaq zərurəti yaratmışdı.

XS
SM
MD
LG