Orta məktəbi və evi «Qrad»la vurublar
Tərtərdə evi, Ağdamda isə orta məktəbi «Qrad» atəşinə tutublar.
Müdafiə Nazirliyindən Xankəndi ilə bağlı sərt xəbərdarlıq
S.Əkbər: «İndi seçim vaxtıdır»
Keçmiş nazir müavini Sülhəddin Əkbər deyir ki, Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın «Lavrov planı» mövcuddur: «Rusiya sülhməramlı qüvvə adı ilə öz qoşunlarını Cənubi Qafqaza yerləşdirmək istəyir. Amma Azərbaycan buna razılıq verməyib. Buna görə də, Ermənistan üzərindən Azərbaycanla zor dili ilə danışır». Davamı
XİN mətbuat xidməti bəyanat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, aprelin 3-də Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları birtərəfli qaydada dayandırmasına Ermənistan tərəfi təxribatla cavab verib. Azərbaycanın mövqeləri, mülkü əhalinin yaşadığı məntəqələr artilleriya və digər ağır silahlarla atəşə tutulub.
Məlumatda qeyd edilir ki, Ermənistan tərəfi yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, baş verənlərə görə məsuliyyət onların üzərində qalacaq.