Əliyev həmsədrləri qəbul etdi
Prezident İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick, Igor Popov, Pierre Andrieu və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edib.
Qazaxda dəstək aksiyası
Cəbhədə atəşkəsin pozulmasına etiraz və orduya dəstək məqsədilə Qazax rayon mərkəzində aksiya keçirilib. Davamı
Atəşkəs razılaşmasının məkanı açıqlandı
Qarabağda əməliyyatların dayandırılması barədə razılıq Azərbaycan və Ermənistan Hərbi Qüvvələrinin Baş Qərargah rəislərinin Moskvadakı görüşündə əldə edilib.
«Turan»ın xəbərində deyilir ki, bu barədə Rusiya mediası yazır.
Üç həmsədr və Kasprzyk Bakıdadır
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri – James Warlick (ABŞ), Igor Popov (Rusiya) və Pierre Andrieu (Fransa) Bakıya gəlib.
«Report»un xəbərinə görə, həmsədrlərlə birgə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də Bakıdadır.