Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:41

Erməni politoloqlar: Ermənilər Rusiyaya 'xain' yox, 'xilaskar' kimi baxırlar


Əskəran yaxınlığında Rusiya əsgəri
Əskəran yaxınlığında Rusiya əsgəri

AzadlıqRadiosunun müxbiri Ron Sinovitz yazır ki, bu payız Dağlıq Qarabağda gedən müharibənin qızğın çağında bəzi ermənilər köhnə müttəfiq olan Rusiyanın onlara xəyanət etdiyini bildirirdilər:

“Lakin Yerevanın Kremldən bütün incikliyi Moskvanın noyabrın 10-da atəşkəs əldə etməsindən və münaqişə zonasına 2000-dək sülhməramlı gətirməsindən sonra əriyib getdi”.

Siyasi təhlilçi Riçard Giraqosyan AzadlıqRadiosuna deyib ki, bir çox ermənilər indi Rusiyaya Ermənistan qüvvələrinin ərazilər itirməsinə səbəb olmuş “xəyanətkar” kimi yox, “xilaskar” kimi baxırlar:

"Bu çox maraqlı paradoksdur, çünki 45 gün davam edən müharibə zamanı Ermənistanda və Dağlıq Qarabağda Rusiyaya qarşı, onun passivliyinə görə müəyyən hiddət vardı. Rusiya Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizlik gözləntilərinə cavab vermək üçün dərhal gəlmədi. Halbuki Ermənistan əhalisinin əksəriyyəti Rusiyadan daha çevik hərəkət gözləyirdi”.

“Rusiyanı ittiham edənlər özlərinə sual versinlər”

Lakin Giraqosyan etiraf edir ki, Rusiya onun təhlükəsizlik öhdəkliklərinin Ermənistanın sərhədləri daxilində qüvvədə olduğunu bildirmişdi:

"Rusiya bildirmişdi ki, onun öhdəliyi Dağlıq Qarabağı yox, Ermənistan Respublikasını müdafiə etmək, qorumaq və yardım etməkdir”.

Pensilvaniyadakı Lihay Universitetinin beynəlxalq münasibətlər professoru Arman Qriqoryan da razılaşır ki, bir çox ermənilər Rusiyanın müharibənin əvvəllərində müdaxilə edəcəyini gözləyirdilər:

"Amma əhalinin bəzi təbəqələrindən bunu da eşitmək olar ki, Rusiya olmasaydı, vəziyyət Dağlıq Qaarabağdakı ermənilər üçün daha məhvedici ola bilərdi”.

Qriqoryan deyir ki, Rusiyanı ittiham edənlər özlərinə sual verməlidirlər: “Ermənilərin köməyinə gələn və bu müharibənin dayandırılması üçün Rusiyadan çox iş görən başqa hansı ölkə olub?”

Paşinyanın dəyişən tonu

Təhlilçilər diqqəti Ermənistanda Rusiyaya olan münasibətin dəyişmə dinamikasına çəkirlər.

Riçard Giraqosyan sentyabrın 27-də müharibə başlanandan sonra Paşinyanın dəfələrlə Kremlə zəng etməsini və Rusiya yardımı üçün “az qala yalvarmasını” yada salır.

Məqalədə deyilir ki, indi müharibə başa çatıb, Rusiya atəşkəsə nəzarət edir və Paşinyan Kremlə mədhiyyələr deyir.

Noyabrın 21-22-də Nikol Paşinyan Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov Sergey Şoyqu ilə görüşündə Rusiyanı “etibarlı müttəfiq” adlandırıb.

Paşinyan bildirib ki, Cənubi Qafqazda müharibə “hərbi-siyasi situasiyanı” dəyişib və o, indi “Ermənistan və Rusiya arasında strateji müttəfiqliyin, dostluğun və qardaşlığın yaxın və strateji gələcəkdə güclənəcəyinə əmindir”.

Sinovitz yazır ki, bu, əvvəl-əvvəl qərbyönlü lider kimi görünən və Avropa İttifaqı ilə daha sıx bağlara can atan Paşinyanın tonunda mühüm dəyişiklikdir.

Giraqosyan da düşünür ki, Ermənistan bundan sonra “Rusiyanın orbitinə daha möhkəm bağlanacaq”.

Erməni hərbçiləri Kəlbəcəri tərk edir
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Rusiya uzunmüddətli sülhdə maraqlı olacaqmı?

Rusiya prezidenti Vladimir Putin deyib ki, Dağlıq Qarabağın statusu məsələsini “gələcək liderlər və bu prosesin gələcək iştirakçıları” müəyyən edcəklər.

Cənubi Qafqaz üzrə Qərb eksperti Tomas de Val deyir ki, Putinin bu bəyanatı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda daha uzun müddətə qalacağının mesajı kimi də başa düşülə bilər:

"Putin iki mühüm qonşu – Ermənistan və Azərbaycan arasında münasibətləri bərpa edəcək tam sülh razılaşmasının əldə olunmasında maraqlı ola bilər. Amma olmaya da bilər. Əgər iki tərəf arasında dayandırılmış düşmənçilik qalarsa, Rusiya sülhməramlılarının da qalması üçün yaxşı səbəb yarana bilər. Rusiyanın gündəliyində ehtimal ki, Cənubi Qafqazda uzunmüddətli sülhün yaradılmasından daha çox öz nüfuzunun bu bölgədə qorunub saxlanması var”.

Türkiyə faktoru

Giraqosyan bunu da bildirir ki, ermənilərin ürəyini tez bir zamanda Rusiyaya qızdıran prosesə Türkiyənin daxil olması olub:

"Lakin Rusiyanın postmüharibə dövründəki rolu yalnız ikinci faktordur. Türkiyənin münaqişəyə birbaşa qarışması bir çox mənalarda dinamikanı dəyişib və bir çox ermənilərin Rusiyaya qarşı narazılığa üstün gəlməsinə və daha isti münasibətinə təkan verib”.

Giraqosyan deyir ki, indi Dağlıq Qarabağ ermənilərinin gələcəyi və təhlükəsizliyi 2000-dək Rusiya sülhməramlısından asılıdır:

“Bu, əlavə narahatlıq yaradır, amma günün reallığı belədir”.

XS
SM
MD
LG