Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:06

Vitse-prezidentlik genişlənir... [video]


Mehriban Əliyeva komandasına kimləri toplayır?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Mehriban Əliyeva komandasına kimləri toplayır? [A-Live]

Mehriban Əliyevanın rəhbərlik etdiyi 1-ci vitse-prezidentlik institutu necə fəaliyyət göstərir? Birinci xanım bu ilin fevralından həm də birinci vitse-prezident təyin edilib.

Prezidentin rəsmi saytında dərc olunmuş siyahıya görə, 1-ci vitse-prezidentin katibliyində artıq yeddi nəfər var.

Katibliyin rəisi Altay Həsənov siyahıda yeni addır. O, son 15 il ildə Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının vitse-prezidenti olub.

Buna da bax:​ Mehriban Əliyevanın yeni köməkçisi

1-ci vitse-prezidentin bugünlərdə təyin olunan sayca 4-cü köməkçisi Gündüz Kərimov Qazax şəhərində doğulub, hüquqşünasdır, ABŞ İndiana Universitetini bitirib.

Əvvəl təyin olunmuş başqa bir köməkçilərdən:

  • Anar Ələkbərov - Heydər Əliyev Fondunun icraçı direktoru olub.
  • Yusif Məmmədəliyev - Heydər Əliyev Fondunun eksperti olub. O, bu ilin iyununda Prezident Administrasiyasına şöbə müdiri gətirilib.
  • Elçin Əmirbəyov - Fransa və Monako Knyazlığında səfiri olub.

Buna da bax:​ Zimbabvenin birinci ledisi vise-prezident olacaq?

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri, hazırda hakimiyyətin ünvanına sərt tənqidləri ilə tanınan Arif Məmmədov deyir ki, bu adamları birləşdirən əsas cəhət odur ki, onlar bir neçə xarici dil bilən, Qərb təhsillidirlər:

Arif Məmmədov
Arif Məmmədov

"Bilirik ki, bu komandaya adamları Mehriban Əliyeva özü təyin edir. Onlar əvvəllər nə administrasiyada, nə də başqa orqanlarda çalışmayıblar, yalnız konkret sahə üzrə professional vəzifələrini icra ediblər. Heç bir klan üzvü deyillər, əksəriyyəti orta ziyalı, məsələn, müəllim ailəsindəndirlər. Bu da onu göstərir ki, bu hansısa gələcək üçün nəzərdə tutulmuş komandadır. Bilirsiz ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin mümkünlüyü barədə söz-söhbət var və bu komanda da yəqin ki, bu mərhələ üçün hazırlanır".

Yeni komanda ilə Heydər Əliyevin dövründən qalma komandanın münasibəti necədir?

Buna da bax:​ Vitse prezidentin instagram səhifəsinə yazılan yalvarışlar [video]

Bundan əvvəl siyasi şərhçi Azər Rəşidoğlu AzadlıqRadiosu-na müsahibəsində demişdi ki, Mehriban Əliyeva şərti olaraq Paşayevlər adlandırılan klanın rəhbərlik edir və bu klan Heydər Əliyevin dövründən qalma Ramiz Mehdiyevin rəhbərlik etdiyi klana qarşıdır.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Amma müxalifət ReAl hərəkatından Natiq Cəfərli deyir ki, bütün hallarda bu adamlar bir komandadır:

"Bir şeyi yaddan çıxartmaq lazım deyil ki, bu komandalar müxtəlif komandalar olsa belə, bu adamlar bir siyasi sistemdən təmsil olunurlar, obrazlı desək, bir gəmidədirlər. Təbii ki, gəmidə olan tərəflər onun çox çalxalanmasında maraqlı deyillər".

"Şikayətiniz olanda hara yazmağı üstün tutursuz: hansısa dövlət qurumuna, yoxsa Mehriban Əliyevaya?" Bu sualı isə Bakı sakinlərindən soruşmuşuq.

Şikayətinizi Mehriban Əliyevaya, yoxsa dövlət qurumuna edərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

2016-cı il sentyabrında Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutu təsis olunub, sonra prezident Əliyev öz xanımını 1-ci vitse-prezident təyin edib. Mehriban Əliyeva bu vəzifəyə təyinatda əvvəl də fəal siyasətdə idi, o uzun illərdir hakim YAP-da sədrin müavini, millət vəkilidir. Tənqidçilər bu hadisəni ölkədə ailə hakimiyyətinin oturuşması kimi qiymətləndirir, hakim partiyanın üzvləri razılaşmır.

Buna da bax:​ '- Mehriban xanıma şikayət edəcəyik. - Elə bu saat o sizi eşitdi…'

Hələlik hakimiyyət təmsilçiləri Mehriban Əliyevanın növbəti prezident seçkisindən namizəd ola biləcəyinə dair fikirləri şərh etmirlər. Rəsmilər yalnız birinci xanımın ölkədə sosial sahələrə dair layihələrə cavabdeh olduğunu və işinin öhdəsindən uğurla gəldiyini deyirlər.

Buna da bax:

İlham Əliyev yoxsa Mehriban Əliyeva - Prezident seçkilərinə kim gedir?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

XS
SM
MD
LG