Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:23

Problemli kreditlər 10 faizi keçəcək - Fitch


Karikatura
Karikatura

►“Azərbaycanda neftin ucuzlaşması banklarda kapitallaşma problemi yaradıb, bu, iqtisadiyyatın bu sektoruna güclü təzyiq edir”

Fitch beynəlxalq reytinq agentliyi MDB və Gürcüstan banklarının dollarlaşması (Dollarisation in CIS/Georgian Banking Sectors) hesabatını açıqlayıb.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycan bankları ukraynalı analoqları ilə birgə yüksək dollarlaşma səviyyəsinə malikdir.

Onlar manatın devalvasiyasından ciddi ziyan görüb. Rusiya, Belarus və Qazaxıstan bankları qismən az ziyan çəkib. Valyutaları dollardan asılı olsa da, Ermənistan və Gürcüstan bankları isə daha az çətinliklə üzləşib.

Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan bankları qısa açıq mövqe üzündən xarici valyutada itirib. Dollarlaşma problemli kreditlərin artması ilə nəticələnib. İlin sonu üçün onların payı 10 faizə (indi 7 faizdir) çata bilər.

Hesabatda o da bildirilir ki, manatın devalvasiyasından sonra dollar depozit hesablarına keçib və onların xüsusi çəkisi 60 faizə çatıb. Gürcüstan, Qazaxıstan və Belarusda da kreditləşmə səviyyıəsi yüksəkdir.

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

“Azərbaycanda neftin ucuzlaşması banklarda kapitallaşma problemi yaradıb, bu, iqtisadiyyatın bu sektoruna güclü təzyiq edir”, deyə hesabatda bildirilir.

Hal hazırda Azərbaycanda problemli kreditlərin 1,5 milyard manata yaxın olduğu bildirilir.

Maliyə Bazarına Nəzarət Palatası artıq, Azərbaycanda dollarla kredit verilməsini xeyli çətinləşdirib. Bu yalnız iki halda mümkündür.

Birincisi, kredit götürəcək şəxsin xarici valyutada gəliri olmalıdır.
İkincisi isə, onun xarici valyutada əvvəllər də krediti olsun və bunu vaxtında qaytarsın.

Bu ilin əvvəlindən Mərkəzi Bank ölkədə 7 bankın lisenziyasını ləğv edib.

Sonradan onlardan birinin-“NBC Bank”-ın lisenziyası geri qaytarılıb.

XS
SM
MD
LG