Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:28

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulur?


İllüstrativ foto
İllüstrativ foto

Türkiyənin gömrük sistemi sanksiyalı yüklərin Rusiyaya tranzitinin bloklanmasına başlayıb.

Bu barədə məlumatı Kommersant qəzetinə biznes dairələrindən veriblər.

Türkiyə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsə də, Moskva ilə yaxşı münasibətlərini saxlamaq üçün Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamışdı.

Kommersant qəzeti biznes mənbələrinə istinadla yazır ki, problem sanksiyalı malların tranziti zamanı yaranıb.

Rusiya Türkiyə və bir sıra başqa ölkələrin dəstəyi ilə “paralel ixrac” deyilən sxemi həyata keçirir və ya başqa sözlərlə Qərbin sanksiyalarından yayınır.

Rusiyaya yük göndərilməsi dayandırılıb

Rusiyada “Optimalog” adlı şirkətin baş direktoru Georgi Vlastopulo martın 9-da deyib:

“Biz hələ dünəndən agentlərdən bildirişlər alırıq ki, razılaşdırılmış uçuşların bukinqləri ləğv edilib. Dediklərinə görə səbəb budur ki, Türkiyə üçün tranzit yüklər daha Rusiyaya göndərilmir”.

Transasia Logistics adlı Rusiya şirkətinin kommersiya direktoru Valeriya Savenkovanın sözlərinə görə Türkiyə bununla bağlı heç bir rəsmi göstəriş və qərar açıqlamayıb.

Savenkova deyib ki, bunu heç gözləmək də olmazdı, çünki bu halda Ankara Rusiyaya sanksiyalı mallar göndərdiyini açıq etiraf etmiş olardı.

Blinkenin səfəri, Çavuşoğlunun izahatı

Kommersant yazır ki, onun danışdığı bir sıra şəxslər sanksiyalı yüklərin tranzitinin dayandırılmasını ABŞ dövlət katibi Entoni Blinkenin bu yaxınlarda Türkiyəyə səfər etməsi ilə əlaqələndirirlər.

Bu yaxınlarda Financial Times qəzeti ABŞ-ın Türkiyəyə və Rusiyanın əsas təchizatçılarından sayılan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təzyiq göstərməsindən yazmışdı.

2022-ci il ərzində BƏƏ Rusiyaya elektronika mallarının ixracını 7 dəfə artıraraq 300 milyon dollara çatdırıb.

Rusiya və Türkiyə arasında mal dövriyyəsi 2022-ci ilin yanvarından sentyabrınadək 2 dəfə artaraq 45 milyard dollara çatıb.

Blinkenin Türkiyəyə səfəri zamanı bu ölkənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiya ilə mal dövriyyəsinin belə kəskin artmasını Ankaranın Moskvadan aldığı təbii qazın qiymətinin artması ilə izah etməyə çalışıb.

XS
SM
MD
LG