Gürcüstan prezidenti Georgi Margvelashvili keçmiş prezident Mikheil Saakashvilini vətəndaşlıqdan çıxarıb.
Qərar dekabrın 4-də qəbul olunub.
Onun vətəndaşlıqdan çıxarılmasını ədliyyə naziri Tea Tsulukani təklif eləmişdi.
Buna səbəb kimi Saakashvilinin həm də Ukrayna vətəndaşı olması göstərilir.
Saakashvili bu ilin mayından Ukraynanın Odessa vilayətinin qubernatorudur.
2003-cü ildə Gürcüstanda baş verən “Məxməri inqilab” dan sonra hakimiyyətə gələn Saakashvili 10 ilə yaxın hakimiyyətə olub.
O bu müddət ərzində Gürcüstanda xeyli islahatlar aparıb.
2012-ci ildə keçirilən seçkilərdən sonra hakimiyyətə gələn yeni Gürcüstan hökuməti onu fırıldaqçılıq, hücumların təşkili və vəzifə səlahiyyətlərindən sui istifadədə ittiham edir.
Saakashvili ittihamları rədd edir.
(Tbilisidə əleyhdarları Saakashvili-nin çıxışına mane oldular - 2013-cü il)