Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:01

Keçmiş prezident Sarkisianın məhkəməsi fevralın 25-də olacaq


Serzh Sarkisian ona qarşı ittihamları rədd edir
Serzh Sarkisian ona qarşı ittihamları rədd edir

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian fevralın 25-də özünü ona qarşı iri məbləğdə korrupsiya ittihamlarından müdafiə etmək üçün məhkəmə qarşısına çıxacaq.

Sarkisian bu ittihamları siyasi motivli adlandırır.

Ermənistan Xüsusi İstintaq Xidməti Sarkisiana qarşı rəsmi ittihamı dekabr ayında irəli sürib.

İttihamnamədə deyilir ki, keçmiş prezident 489 milyon dramın (1 milyon dollardan çox) “mənimsənilməsi” sxemini koordinasiya edib.

Sənəddə qeyd olunur ki, söhbət 2013-cü ildə hökumət tərəfindən fermer təsərrüfatlarına dizel yanacağı alınması üçün ayrılmış subsidiya pullarından gedir.

İttihamnaməyə görə Sarkisian hökumət tenderini köhnə dostu biznesmen Barsegh Beglarian-ın şirkətinin xeyrinə saxtalaşdırıb. Tender zamanı daha ucuz yanacaq təklif edən şirkət uduzdurulub.

Bu iş üzrə Barseghian-a, keçmiş kənd təsərrüfatı naziri Sergo Karapetiana, onun müavini Samvel Galstian-a və başqa bir hökumət rəsmisinə qarşı da ittihamlar irəli sürülüb.

Şübhəlilərin beşi də təqsirsiz olduğunu deiyr. Onlardan heç biri məhkəməyə qədər həbs edilməyib.

Galstian-ın vəkili Vachagan Kosian fevralın 19-da deyib ki, o məhkəməyə öz müştərisinə qarşı ittihama xitam verilməsi üçün vəsatət təqdim edəcək.

Sarkisianın vəkilləri və onun hələ də rəhbəri olduğu keçmiş hakim Respublika Partiyası mənimsəmə ittihamlarını rədd edirlər.

Ermənistana 2008-2018-ci illər arasında prezidentlik etmiş Sarkisian noyabrın 20-də Avropa Xalq Partiyasının Xorvatiyada keçirilən qurultayında Pashinian hökumətini demokratiyanı və fərqli düşüncəni boğmaqda ittiham etmişdi.

Pashinian Sarkisianı, onun ailəsini və yaxın çevrəsini hələ baş nazir olmazdan əvvəl də korrupsiyada ittiham edirdi.

1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Kocharian-ın da hazırda məhkəməsi davam edir.

O həm 2008-ci ildə ölkədə fövqəladə vəziyyət elan etməklə “konstitusiya quruluşunu devirməkdə”, həm də korrupsiyada ittiham edilir.

Kocharian da Pashinian hökumətini tənqid edir və ona qarşı ittihamların siyasi motivli olduğunu bildirir.

Lakin Sarkisiandan fərqli olaraq Kocharian hazırda həbsxanadadır.

O 2018-ci ilin iyulunda həbs ediləndən bəri iki dəfə məhkəmə qərarları ilə azad edilib.

Lakin hər iki halda onu prokurorların vəsatəti ilə təkrar həbs ediblər.

XS
SM
MD
LG