Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:06

2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]


İranda etirazlar: Ölənlərin sayı artır
Gözlə

No media source currently available

0:00 0:14:32 0:00

İranda etirazlar: Ölənlərin sayı artır [A-Live]

2018-ci ildə isə İlham Əliyevin danışıqlarda tərəfdaşı dəyişə bilər. Ermənistanda, Serzh Sarkisian-nın 2-ci prezidentlik müddəti başa çatır.

Ermənistan Konstitusiyasını dəyişib parlament idarəçiliyi modelinə keçir. Gələn ilin aprelində bu ölkədə parlament seçkisi keçiriləcək və üstünlük əldə edən partiya hökuməti formalaşdıracaq.

Bakıda “Atlas Araşdırmaları Mərkəzi”nin sədri, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, böyük mənada Qarabağ probleminin həllində irəliləyiş gözləmir, amma bu seçkilər sülh prosesinə hansısa formada təsir edə bilər:

Buna da bax: Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Məntiqlə belə bir fikir söylənilir ki, gələn il danışıqlarda da irəliləyiş olmayacaq, cəbhə bölgəsində də dəyişiklik olmayacaq. Amma aprel döyüşləri vaxtı deyirdilər ki, beynəlxalq oyunlara görə, sərhəddə sakitlik olacaq, amma döyüşlər baş verdi. Yəni, demək çətindir".

Yerevanda, “Milli və beynəlxalq Strateji Araşdırmalar Mərkəzi”nin direktoru siyasi şərhçi Manvel Sarkisian deyir ki, Yerevandakı seçkilər az da olsa, proseslərə təsir edə bilər:

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

Manvel Sarksian
Manvel Sarksian

"Bilinmir ki, bundan sonra danışıqları baş nazir, yoxsa, prezident aparacaq. Bilinmir ki, Azərbaycanda prezident dəyişəcək, yoxsa yox. Yeni situasiya yaranır. Bütün bunlar əlbəttə münaqişəyə təsirsiz ötüşməyəcək. Amma münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin razılaşmasının daha böyük önəmi var. Çünki bu qərarı tərəfdaş ölkələr, maraqlı tərəflər qarşı gedə bilmirlər. Odur ki, Minsk qrupu hansısa razılaşmaya nail olmalıdır".

Hərçənd müxalifət Serzh Sarkisian-ın Konstitusiyanı məhz baş nazir kimi yenidən ölkənin rəhbəri olmaq üçün dəyişdirdiyini iddia edirlər. Sarkisian özü hələ ki baş nazirliyə iddia edib-etmədiyi haqda bir şey demir.

Buna da bax: Vitse-prezidentlik genişlənir... [video]

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosu-na deyir ki, Qarabağla bağlı danışıqlarda dəyişiklik olması üçün Ermənistanın mövqeyi dəyişməlidir. Bunun üçün ona ya Azərbaycan, ya da beynəlxalq ictimaiyyət təsir etməlidir.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Keçmiş nazir deyir ki, Azərbaycan üçün ən pozitiv məqam odur ki, Türkiyə Qarabağ məsələsində aktivləşməyə başlayıb:

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Erdoğan Rusiya prezidenti ilə müzakirələr edib. Həmsədrlər Türkiyədə olub. Türkiyənin -nüfuzlu region ölkənin bu məsələyə qoşulması çox müsbət haldır.

Tofiq Zülfüqarov Türkiyənin təsiri ilə Rusiyanın da mövqeyində dəyişiklik ola biləcəyini deyir.

Keçmiş nazirin Rusiyadakı gələnilki prezident seçkilərindən də gözləntisi var. Onun fikrincə, Rusiya hakimiyyətində komanda dəyişə və bu da münaqişənin həllinə Azərbaycanın mövqeyi baxımından müsbət təsir edə bilər.

Buna da bax: Lavrov gəldi-getdi - nə dəyişdi? [video]

2016-cı ilin aprelində dördgünlük döyüşlərdən sonra münaqişə ətrafında danışıqlar dayanmışdı. 2017-ci ilin iyununda Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşdülər. Danışıqlar Minsk qrupu formatında davam edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

Buna da bax: Erməni politoloqun fikrincə Yerevan son danışıqlarda ‘uduzub’

Bu müharibədə hər iki tərəfdən 30 minədək adam həlak olub.

Buna da bax:

Əliyev və Sarkisyan
Gözlə
Embed

No media source currently available

0:00 0:00:25 0:00
Direct-ə keçid

XS
SM
MD
LG