Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:24

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
15:04 9.5.2014
Putin Moskvada Qızıl meydan keçrilən hərbi paradda. 9 may 2014
Putin Moskvada Qızıl meydan keçrilən hərbi paradda. 9 may 2014
2010-cu ildə canlı yayımda Rusiya prezidenti demişdi ki, 2-ci Dünya müharibəsində Rusiya özbaşına, digər respublikalar və müttəfiqlər olmadan da qələbə qazanacaqdı. Mayın 9-da Ukraynanın 5-ci kanalına müsahibəsində baş nazirin vəzifələrini icra edən Arseniy Yatsenyuk bildirib ki, ensiklopediyadan 2-ci Dünya müharibəsində Ukraynanın itkiləri haqda məlumatları Rusiya prezidentinə göndərib.
14:43 9.5.2014

Kiyevdə yanğın(Ətraflı burada). 20 Yanvar Bakıda enerji blokunu xatırladır? Ukrayna və Rusiya TV kanallarının yayımı uğrunda Ukraynın şərqində gərgin mübarizə gedir. TV ötürücü stansiyalarını ələ keçirən separatçılar bütün Ukrayna kanallarının yaymını dayandırıb, Rusiya kanallarını efirə qoşurlar. Bu stansiyaları geri alan Ukrayna təhlükəsizlik qüvvələri hər şeyi əksinə edir, Rusiya kanllarının yayımın kəsib yerli kanalları qoşurlar.
14:18 9.5.2014

Mariupolda hökumət qoşunlarının hərbi texnikası

Davamı

XS
SM
MD
LG