17:30
9.5.2014
MARİUPOLDA DRAMATİK HADİSƏLƏR DAVAM EDİR
Şəhərin Rusiyameylli vətəndaşları yenə də tanış taktika istifadə edirlər. Ukrayna hökumət qüvvələrinin hərbi texnikasının qarşısını mülki adamlar kəsir, sonra da "yaşıl adamcığazlar" peyda olaraq texnikanı ələ keçirir. Lakin YT-da yayılan bu həvəskar videodan görünür ki, Ukrayna hərbçiləri də artıq hadisələrdən dərs almağa başlayırlar.Mariupol qarşıdurması haqda AzadliqRadiosu Rusiya xidməti yazır ki, saat 12 radələrində silahlı separatçılar (onlar özlərini Donetsk xalq respublikasının nümayəndələri adlandırırlar) şəhər daxili işlər idarəsinin binasına hücum edərək silah ələ keçirməyə cəhd ediblər. Onlara müqavimət göstərən polis əməkdaşları ilə atışma baş verib. Polis əməkdaşları binanın 3-cü mərtəbəsinə qədər sıxışdırılıb. Bu zaman onların köməyinə Ukrayna silahlı qüvvələrinin xüsusi dəstələri və hərbi texnika gəlib. Ukrayna və Rusiya mənbələri hadisələr haqda fərqli məlumat, ölən və yaralananlar haqda müxtəlif rəqəmlər gətirirlər. Russia Today kanalının redaktoru Margarita Simonyan öz mikrobloqunda yazır ki, telekanalın ştatdankənar müxbiri yaralanıb.
Mariupolda və Ukraynada hadisələrin gedişini bizim bloqda izlə
17:46
9.5.2014
#Ukrayna rəhbərliyi bu səfərə "təxribat" deyir. http://t.co/loNn5LhmqE
— AzadliqRadiosu (@RadioAzadliq) 9.5.2014
18:27
9.5.2014
Portuqaliya - Brazilyaya müdaxilə edə bilər.
İspaniya - Latin Amerikası ölklərinin əksəriyyətinə
İsveç - Finlandiyanın bir hissəsinə
İngiltərə isə - ABŞ-a
Ətraflı xarici mətbutaın icmalında
18:45
9.5.2014
AzadliqRadiosu Ukrayna daxili işlər naziri Arsen Avakova istinadən xəbər verir ki, Mariupolda 60-a yaxın yaraqlı şəhər daxili işlər idarəsinin binasına hücum edib. Binanı mühafizə edən polislərə Milli Qvardiya və "Azov" xüsisi təyinatlı milis dəstəsi köməyə gələndən sonra 20 terroçu məhv edilib, 4-ü isə həbs olunub. Yerdə qalanlar qaçaraq ətraf binalarda gizlənib. Ətraflı burada