Azərbaycan ordusu Laçın rayonuna daxil olub
Azərbaycan ordusunun bölmələrinin Laçın rayonuna daxil olduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, dekabrın 1-i gecə saat 00:19 radələrində məlumat yayıb: "Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub".