Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:28
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Rusiya xarici kəşfiyyatı: Qərb Qarabağ razılaşmasını pozmağa çalışır

Rusiya xarici kəşfiyyatının direktoru Sergey Narışkin deyib ki, Qərb Qarabağda atəşkəs razılaşmasını pozmaq məqsədilə erməni və azərbaycanlı millətçiləri təxribata çəkir:

"Ermənilərə təlqin etmək istəyirlər ki, Dağlıq Qarabağda sülh Yerevanın məğlubiyyətidir. Ortalığa “son qələbəyədək müharibə” ideyası atılır. Azərbaycanlıları isə, əksinə, inandlrırmağa çalışırlar ki, Azərbaycan ordusu Stepanakertin (Xankəndinin) bir addımlığında olarkən Kreml qələbəni ondan oğurlayıb”.

RIA Novosti agentliyinin yazdığına görə Narışkin deyib ki, “ABŞ və onun avroplı dostları öz maraqlarını sadə insanların hesabına həll edirlər:

“Bu dəfə söhbət ermənilərdən və azərbaycanlılardan gedir”.

Narışkin əlavə edib ki, “amerikalıları və avroplalıları bu təxribatların yeni qan tökülməsinə və regionun yenidən ağır hərbi münaqişənin girdabına düşməsinə səbəb ola biləcəyi maraqlandırmır”.

Ara Ayvazyan Ermənistanın yeni xarici işlər naziri oldu

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də xarici işlər nazirinin müavini Ara Ayvazyanı nazir təyin edib.

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Ayvazyan xarici işlər nazirinin müavini vəzifəsinə iki gün əvvəl – noyabrın 16-da təyin edilmişdi.

Yeni xarici işlər nazirinin 51 yaşı var. O bundan əvvəl Ermənistan Respublikasının Meksikada, Kosta-Rikada, Kubada, Hondurasda, Qvatemalada, Panamada və Baltikyanı ölkələrdə səfiri vəzifələrində çalışıb.

Baş nazir Paşinyan hələ noyabrın 16-da Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın vəzifəsindən azad olunduğunu bəyan etmişdi.

Noyabrın 17-də xarici işlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad edilib.

Kəlbəcərdən köç davam edir

"Rusiya sülhməramlılarının Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində təmas xəttində yerləşdirilməsi davam edir. Ağdam, Kəlbəcər və Laçın rayonlarından erməni əsgərləri çıxmaqdadır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova noyabrın 19-da keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, Rusiyanın vasitəçilik cəhdləri sayəsində davamlı atəşkəsə nail olunduğunu qeyd etməkdən məmnunluq bildirib.

"Kəlbəcər əhalisi kütləvi şəkildə Ermənistan ərazisinə gedir. Eyni zamanda, qaçqınlar Dağlıq Qarabağa qayıdır. Noyabrın 14-dək 3 mindən çox – 3 min 54 nəfər Dağlıq Qarabağa qayıdıb. Noyabrın 13-dək 385 meyit təhvil verilib. Bu rəqəmə hər iki tərəfdən itkilər daxildir", – Zaxarova deyib.

Ağdamlılar noyabrın 20-ni gözləyir
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Davamı

XS
SM
MD
LG