Prezident xalqa müraciət edib
Bu gün, noyabrın 20-də prezident İlham Əliyev Azərbaycan ordusunun Ağdam rayonuna daxil olması ilə bağlı xalqa müraciət edib.
Müdafiə naziri istefa verdi
Ermənistanın Müdafiə naziri David Tonoyan istefa ərizəsi yazıb. Bu haqda "Aravot" qəzeti bu gün – noyabrın 20-də məlumat yayıb.
Tonoyan 2018-ci ilin mayından bu vəzifədə idi.
Noyabrın 10-da Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanat açıqlanandan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin istefası tələb olunur. Paşinyan isə bir neçə gün öncə yol xəritəsi açıqlayıb, gələn il bu xəritənin icrası ilə bağlı hesabat verəcəyini deyib.
Ermənistana yeni müdafiə naziri təyin olundu
Noyabrın 20-də Ermənistana yeni müdafiə naziri təyin olunub. Baş nazir Nikol Paşinyanın müdafiə məsələləri üzrə müşaviri Vağarşak Harutyunyan bu vəzifəni icra edəcək. O, 1999-2000-ci illərdə də müdafiə naziri postunda olub.
David Tonoyan müdafiə naziri postundan noyabrın 20-də istefa verib.