Ərdoğandan açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 25-də bildirməsinə görə, rusiyalı həmkarı ilə atəşkəsin saxlanması işlərinə regiondakı digər ölkələri də cəlb etməyin mümkünlüyünü müzakirə ediblər.
Fransa Senatı Azərbaycanın əleyhinə səs verəcəkmi
Noyabrın 25-də Fransa Senatında hökuməti "Dağlıq Qarabağ Respublikası"nı tanımağa və bundan "davamlı sülhün bərqərar olması məqsədilə aparılan danışıqlarda alət kimi" istifadə etməyə çağıran qətnamə layihəsi müzakirə olunacaq.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Senatda müzakirəyə çıxarılan layihədə iddia olunur ki, "Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi və azadlığı Azərbaycan Respublikası tərəfindən təmin edilmir".
Azərbaycan prezidenti isə Dağlıq Qarabağdakı ermənilərin bu ölkənin vətəndaşları olduğunu deyir. "Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar... Dağlıq Qarabağın erməni əhalisi orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır", – İlham Əliyev bu ayın əvvəlində "BBC News"a müsahibəsində deyirdi.
Qətnamə layihəsində Türkiyənin "ekspansionist" siyasəti Cənubi Qafqazda və digər yerlərdə "sabitsizlik yaradan əsas faktor" adlandırılır, onun Fransada və Avropada təhlükəsizliyə hədə olduğu deyilir.
Fransa parlamentinin yuxarı palatası olan Senatın qəbul etdiyi qərarlar tövsiyə xarakterlidir, icraedici hakimiyyətin onu yerinə yetirmək öhdəliyi yoxdur.
Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etdi
Fransa Senatı Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul edib.
Bu da qeyd olunur ki, bu qətnamənin qəbuluna 305 millət vəkili səs verib. Qətnamənin əleyhinə bir senator səs verib. 30 senator bitərəf qalıb.
Fransa hökumətində Avropa məsələləri naziri Jan Baptist Lemoyn bu qətnamənin səsə qoyulmasından əvvəl Senata mürəciət edib.
O bildirib ki, Fransa hökuməti sözü gedən qətnaməni dəstəkləmir və onun qəbulu heç bir tərəf üçün xeyirli deyil.