-
Uzun müddətdir səhhətində problem yaranan xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub müalicə məqsədilə yenidən Almaniyaya gedəcək. Bu barədə Modern.az-a xalq şairinin özü məlumat verib.
Onun sözlərinə görə, hazırda özünü norma hiss etsə də, yenidən Almaniyaya getməsinə zərurət yaranıb.
Zəlimxan Yaqub oktyabr 5-də Almaniyaya yollanacaq.