Zahid Oruc:
«Azərbaycan –Amerika münasibətləri 2007-ci il səviyyəsinə qayıtmayıb. Yəni, o qədər yüksək bir axarda davam etmir. Amma eyni zamanda, 2009-2010-cu illərdəki kimi də deyil. Ötən 3-4 ildə Azərbaycan-Amerika münasibətlərində ən böyük maneə Türkiyə-Ermənistan məsələsi idi. Yəni, ölkədaxili və başqa hansısa məsələlər deyildi. İkincisi isə bir sıra hallarda Barak Obama administrasiyasının beynəlxalq miqyasda siyasəti ilə bilavasitə əlaqəli idi. Burada Azərbaycan hakimiyyətinin maraqlarını axtarmaq, guya bu siyasətin hansısa antipatiyalar və ya simpatiyalar əsasında müəyyənləşdiyini vurğulamaq yerində olmazdı. Faktiki olaraq son dövrlər, xüsusilə də Brayzanın səfir kimi təyinatından sonra müsbət impulslar xeyli çoxalıb».
İlqar Məmmədov:
«Azərbaycan –Amerika münasibətlərinin indiki nöqtəsi əvvəlkilərə nisbətən çox aşağıdır. Ona görə ki, son vaxtlar bir neçə hadisə baş verib. Bu hadisələr təkcə Azərbaycana aid deyil. Ermənistan parlamenti Rusiya ilə hərbi baza haqqında anlaşmanı tamamladı. Bundan öncə Ermənistanın Konstitusiya Məhkəməsi bunu təsdiqləmişdi. Artıq geri yol yoxdur. 3 gün sonra ABŞ Ermənistana ayrılan «Minilliyin çağırışı» yardımını bağladı.
Zahid Oruc:
«Azərbaycan-ABŞ hərbi təlimləri keçiriləcək və bunun təxirə salınmasının səbəblərini sırf texniki amillərdə axtarmaq lazımdır. Heç bir halda çox uzaqgedən siyasi nəticələr çıxarmaq düzgün deyil».