Xaricdəki siyasi prosesləri izləyəndə öz ölkəndəki statik və monoton siyasətə baxıb köks ötürməkdən başqa yol qalmır.
Hətta belə qənaətə gəlirsən ki, bu dünyada siyasətdən maraqsız və perspektivsiz fəaliyyət sahəsi yoxdur. Amma nə yaxşı ki, başqa ölkələr varmış və onlardakı fədakarlıq və əzmkarlıq insana müəyyən qədər ümid verir...
İQTİSADİ BÖHRANDAN ƏZİYYƏT ÇƏKƏN AVROPA NİYƏ MÜHAFİZƏKARLARA SƏS VERİR
İndi çox böyük maraq kəsb edən hadisələrdən biri də Avropa parlamentinə seçkilərdir. Seçkilər hər bir ölkədə öz xüsusiyyəti ilə fərqlənir. Amma hələ ki ümumi tendensiyalar bunu göstərir ki, Avropa siyasəti ciddi şəkildə sağa - mühafizəkarlığa doğru meyl edir. Proses ona görə maraqlıdır ki, onun məzmununda indiki qlobal böhrandan çıxış yolları ifadə olunub. Bura eyni zamanda müxtəlif geosiyasi proseslərin nizamlanmasını da əlavə etsək prosesə qarşı maraq bir qədər də artar.
Adamın ağlına gələn ilk nəticə bu olur ki, professor Fransis Fukuyama tarixin sonundan və liberalizm tam və qəti qələbəsindən danışarkən bir qədər tələsibmiş. Elə qlobal böhranı liberalizmin daxili ziddiyyəti və hətta süqutu kimi xaraktezə edənlər də bir qədər tələsirlər.
Etiraf etmək lazımdır ki, kommunizm, onun qələbəsi və hətta süqutu kaptalizm üçün də təsirsiz ötüşməyib. Bu təsir özünün kapitalizmin son illər ifrat dərəcədə sosiallaşmasında ifadə olunub.
"İNSAN ƏLLƏRİNİN QURULUŞU ELƏDİR Kİ, HƏR ŞEYİ ÖZÜNƏ DOĞRU ÇƏKİR"
Sosial hüquqlar və sosial müdafiə mexanizmi o qədər dəyişmişdi ki, bəzi inkişaf etmiş kapitalist ölkələri sözün əsl mənasında artıq kommunizmdə yaşayırdılar. Elə bu səbəbdən burada liberalizmin süqutundan danışmaq bir qədər yersizdir. Elə Avropadakı seçkilər də bunu təsdiq edir. İlkin nəticələrə görə parlamentə seçkilər zamanı daha çox millətçi, hətta irqçi, o cümlədən xristian – demokratlar mandat əldə ediblər.
Prinsipcə, belə vəziyyət gözlənilirdi. Qlobal iqtisadi böhran zamanı, tutaq ki, millətçiliyin artması təbiidir. Məsələ bundadır ki, belə böhran zamanı o dəqiqə yada düşən miqrantlar olurlar. Və əhalinin bir hissəsi məhz onlara rəqib qüvvə kimi baxırlar. Eləcə də bu səbəbdən «Almaniya almanlar üçün!», «Fransa ancaq fransızlar üçün» və s. bu cür şüarlar meydana çıxır...
Hər halda bu seçkilər də daxili siyasət üçün az önəm kəsb etmir.
Məsələ bundadır ki, bir vaxt Zinadin Zidanın Fransaya kubok bəxş etməsi Fransada ultra –millətçilərin mövqelərinin sarsılmasına səbəb olmuşdu. İndi də bəzi müşahidəçilər iddia edir ki, Avropa xristianlaşma siyasətinə doğru meyl edir. Ola bilər. Biz o qədər dəyişmişik ki, prinsipcə hər şey mümkündür. Çıxış yolunu isə Adam Smit göstərib. O, yazırdı ki, insanın əllərinin quruluşu elədir ki, hər şeyi özünə doğru çəkir. Çalışmaq lazımdır ki, insanın psixologiyasının bu xüsusiyyəti cəmiyyətin rifahının daha da yaxşılaşmasına səbəb olsun.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.