NATO-nun Bakıda növbəti tədbiri başlayıb. Təxminən bir həftə enerji təhlükəsizliyi ilə bağlı problemlər müzakirə ediləcək. Prinsipcə, bu tədbirlərin indi, özü də NATO ilə münasibətlərində konkretlik olmayan hakimiyyətin idarə etdiyi ölkədə heç nəyə varamayaraq keçirilməsinin müsbət və mənfi tərəfləri var.
Məsələnin mənfi tərəfi budur ki, azərbaycanlılar da digər postsovet ölkələrin vətəndaşları kimi Avropa Şurasını, Avropa Birliyini və eləcə də NATO-nu demokratiyanın sütunları kimi qəbul edirdi. Son dövrdə demokratiya ilə bağlı yaranmış problemlərdə adı çəkilən təşkilatların ciddi təsir etmək iqtidarında olmaması belə ümidləri heçə endirdi.
Düzdür, müxtəlif vaxtlarda Azərbaycan NATO-nu öz problemlərinin həllinə cəlb etməyə çalışıb. Məsələn, bir vaxtlar NATO-nu Bakı-Tbilisi-Ceyhan xəttinin mühafizəsinin cəlb etmək istəyirdilər. Bu fikrin müəllifi təkcə rəsmi Bakı olmayıb, bir çox dövlətlər bu problemi yaşayıblar və indi də yaşayırlar. NATO-nun «soyuq müharibə» dövründən sonra bu problemi özünün geosiyasi missiyasına çevirsəydi çox yaxşı olardı. Amma NATO müəyyən vaxtda bu problemi görsə də onu özü üçün prioritetə çevirmədi.
Məsələnin müsbət tərəfi də budur ki, rəsmi Bakının NATO-ya qarşı bir o qədər isti olmayan münasibətinə baxmayaraq öz tədbirlərinin bir hissəsini Bakıda keçirir. Bu, həm də gələcək addımlar üçün bir stimul yaradır. Faktiki olaraq bu o deməkdir ki, Şimal Alyansı Cənubi Qafqaza münasibətində bütövlüyü qoruyub saxlamağa cəhd edir. Sonuncu isə o deməkdir ki, gələcəkdə NATO bütün inteqrasiya məsələlərində Azərbaycanı yaddan çıxarmayacaq.
Bu, NATO-nun münasibətidir. Məsələnin digər aspektinə, Azərbaycana gəldikdə isə Şimali Atlantika Alyansına münasibətdə ən orijinal çalar rəsmi məhz Bakıya məxsusdur. Rəsmi Bakı istəyir ki, NATO Azərbaycanın təhlükəsizliyini öz üzərinə götürsün, Qarabağ problemini həll etsin, neft və qaz borularını qorusun və eyni zamanda YAP əbədi olaraq hakimiyyətdə olsun və blok siyasi islahatlardan, seçkidən danışmasın. Gözəl arzudur. Amma bütün arzular heç də birdən həyata keçmir. O qədər arzu var ki, heç çin olmur...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.