Seçki günü saat 19:00-a olan məlumata görə, seçicilərin təqribən 32 faizi (31.86 faiz) seçkiyə gəlib. Bu hələ ki, yekun nəticə deyil.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib ki, seçki baş tutub və YAP uğurla nəticə üçün bütün resurslardan imtina edib.
MÜXALİFƏT NARAZI QALIB
Müsavat Partiyası məntəqələrdə çoxlu sayda qanun pozuntuları aşkarladığını, bununla bağlı MSK-ya müraciət etdiyini bildirib. Partiya başqanı İsa Qəmbər deyib:
«Bütövlükdə bu, Azərbaycanda müstəqillik dövründə ən biabırçı seçkilərdir».
Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, hakimiyyət ötən seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də karusel əməliyyatından geniş istifadə edib.
AzadlıqRadiosunun müxbirləri də gün ərzində seçkinin gedişini izləyiblər, qanun pozuntularını qeydə alıblar.
«KARUSEL»
AzadlıqRadiosunun internet saytında yerləşdirilən videosüjetdə Binəqədi rayonu ərazisində bir neçə qadın əvvəlcə 30, daha sonra 32-ci məntəqədə səs verir.
Məsələyə münasibət bildirən Ombudsman Elmira Süleymanova «İşdən sonra»da bunları deyib:
«Eşidən kimi gəldik bura, hər xəbərə belə reaksiya veririk. Kəpəzdə də belə pozuntu olub. Nümayəndələrimizə tapşırdıq ki, yoxlasınlar. 30 saylıda dedilər ki, sizin nümayəndəniz Ülkər xanım bura gəlib. 30 və 32 xeyli aralıdır. Getdik 32-yə soruşduq ki, bu necə olub ki, eyni adamlar gəlib burda səs veriblər. Guya həmin qadın cavab verib ki, «lazım olsa, beşinci dəfə də səs verərik». Güclü etiraz varıydı ki, ola bilməz. Ola bilər bu şəkillər kənarda çəkilib»…
«HAZIR SİYAHI»
Bu seçkidə müstəqil və müxalifətdən olan bəzi müşahidəçilər AzadlıqRadiosuna məlumat verdilər ki, onlar artıq təyin olunmuş bələdiyyə üzvlərinin siyahısından ibarət sənədi görüblər. Müşahidəçilər 40 saylı Kəpəz, 59 saylı Salyan dairəsi ilə bağlı həmin «siyahı»ların surətini AzadlıqRadiosuna göndəriblər. Amma hər iki dairənin sədrləri bu haqda məlumatları təkzib edirlər.
ZORAKILIQ
AzadlıqRadiosunun müxbirləri Məlahət və İlqar Nəsibovları 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 40 və 46 saylı məntəqələrinə buraxmayıblar, deyiblər ki, müxbirləri buraxmamaq barədə təlimat alıblar. Amma hər iki dairənin sədri bu məsələdən xəbərsiz olduğunu deyiblər.
Ümid Partiyası məlumat yayıb ki, partiyanın Beyləqanın Örənqala kənd bələdiyyəsindən namizədi Telli Şirinovani kənd icra nümayəndəsi döyüb.
MSK-nin katibi Natiq Məmmədov bu məlumatı araşdırıldığını, amma təsdiqini tapmadığını deyib.
AzadlıqRadiosunun bələdiyyə seçkisi barədə dəqiqəbədəqiqə yerləşdirdiyi bütün məlumatları BURADAN oxuyun.
MÖVZU İLƏ BAĞLI DEMƏYƏ SÖZÜNÜZ VAR? «AZADLIQ MEYDANI»NA GƏLİB ŞƏRH YAZIN

Sizin brauzer HTML5-i dəstəkləmir