Köşə yazarları Türkiyə-Ermənistan protokolları barədə
Ferai Tınç («Hürriyyət»)
Ermənistan Konstitusiya Məhkəməsi prezident Sarkisyanın tələbi ilə Türkiyə ilə imzalanmış protokolların Konstitusiyaya uyğun olmasına dair qərar qəbul etdi. Ancaq bu qərar prosesə müsbət təsir göstərmədi, əksinə ciddi bir krizis yaratdı. Qərarın «Səbəb» bölümündə iki ölkə arasındakı yaxınlaşma prosesində atılacaq hər addımın Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsinin XI maddəsinə uyğun olmasının lüzumu qeyd edilir. Ona görə də bu protokolların həyata keçirilməsi prosesində Ermənistan Respublikası soyqırımı iddiasının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün öhdəyə götürdüyü məsuliyyətdən kənara çıxa bilməz. XI maddə bunu nəzərdə tutur.
HÜQUQİ QULP
Bundan başqa, protokolların mövcud problemləri aradan qaldırmayacağı, bu problemlərin həlli üçün ikitərəfli sazişlər olmasının vacibliyindən bəhs edilir. Sərhəd probleminin davam etdiyi xatırladılır. Konstitusiya Məhkəməsi «Bəli, bu protokolları təsdiq edə bilərsiniz, həyata keçirə bilərsiniz, ancaq mənim göstərdiyim istiqamətdə» deyir. Bununla birlikdə, üçüncü ölkələrin bu prosesə heç bir şəkildə müdaxilə edə bilməyəcəkləri də qeyd edilir.
Beləliklə, Qarabağ məsələsinin protokollarla əlaqələndirilə bilinməyəcəyinə də hüquqi qulp taxılır.
Ankara XİN vasitəsi ilə 18 yanvarda qərarla bağlı açıqlama verdi və qərarın «Səbəb» bölümünün protokolları həyata keçirilməz vəziyyətə gətirdiyi bildirildi. Həftə içində məsələ ilə bağlı məlumat verən XİN-in yüksək səlahiyyətli nümayəndələrinə görə, bu qərar Ermənistanla davam edən müzakirələrin çərçivəsinə, protokolun üslubuna və ruhuna ziddir. Bu proseslərdən sonra Vaşinqton və İsveçrə dövrəyə girdi.
YAXIN GÜNLƏRDƏ XİN-DƏN NÜMAYƏNDƏLƏR İSVEÇRƏ VƏ ABŞ-A GEDƏCƏKLƏR
Ankaraya, Ermənistanla birbaşa danışığa keçməzdən əvvəl onlarla görüşmək təklif edildi. Protokollara görə, həm diaspora, həm də ölkədəki müxalifətin hədəfi halına gələn Sarkisyan iqtidarına görüşmək üçün ediləcək birbaşa tələbin gərilən ipləri tamamilə qopara biləcəyinə dair xəbərdarlıq edildi.
Yaxın günlərdə XİN-dən nümayəndələr İsveçrə və ABŞ-a gedəcəklər. Orada Ermənistan Konstitusiya Məhkəməsi qərarının protokolların ruhuna təsir göstərməyəcəyi ABŞ və İsveçrənin səlahiyyətli nümayəndələrinə deyiləcək. Onsuz da qərardan sonrakı açıqlamalar bu istiqamətdə idi.
Ancaq Konstitusiya Məhkəməsi qərarının protokolların həyata keçirilməsini əngəlləməyəcəyinə dair Ankaranın yazılı təminat istədiyini öyrəndik. İndi bu səfərlərdə Ankaranın istədiyi təminatların verilməsi gözlənilir.
Bu mübahisə davam edərkən Sarkisyan Konstitusiya Məhkəməsinin qərarı ilə birlikdə protokolardakı imzasını geri çəkmə haqqını ona verən bir qərar layihəsini də Məclisə göndərdiyini açıqladı.
ƏGƏR TÜRKİYƏ ADDIM ATMAZSA...
Bu gəlişmələrdən Ermənistan dövlət başçısının da əvvəldən bəri bu protokollara qarşı çıxan müxalifətə müqavimət göstərə bilmədiyi anlaşılır.
Əgər Türkiyə addım atmazsa, Ermənistandakı müxalifət və və diaspora Obamanın 24 apreldəki nitqində «soyqırımı» sözünü işlətməsi üçün güclü bir səbəb əldə edəcək. Bütün ciddi-cəhdlər bunun üçündür.
Qarabağ məsələsi Yerevanda protokollara qarşı nə qədər müqavimət yaratdısa, Konstitusiya Məhkəməsinin qərarı da Ankarada Ermənistanla münasibətlərin normallaşdırılmasını o qədər çətinləşdirir.
Mənə elə gəlir ki, bu mərhələdə hər iki tərəf bir-birilərinə işarə edərək, protokolların siyasi məsuliyyətindən xilas olmağa çalışacaqlar.
Sami Kohen («Milliyyət»)
Kim daha çox itirəcək?
İşin əvvəlindən «Ermənistanla münasibətlərin normallaşmasına» qarşı çıxan və ya bundan bir nəticə gözləməyn dairələr indi «protokol böhranı»nın yaranmasından sonra belə deyirlər:
«Ermənistanla razılığa gəlmək mümkün deyil. İşi bundan artıq zorlamağa gərək yoxdur. Burada ziyanı yenə Ermənistan görəcək. Bizim itirəcək bir şeyimiz olmaz».
Türkiyə ilə Ermənistan münasibətləri normallaşdırmaq üçün nəzərdə tutulan protokolu «ud-ud» düşüncəsi ilə imzalamışdılar. Yəni, hər iki tərəf, hər sözü diqqətlə seçilərək imzalanan bu razılaşmanın qarşılıqlı fayda gətirəcəyinə inanan kimi görünürdü.
Ancaq sənədlərin parlamentlər tərəfindən təsdiqi mərhələsinə gəlinmədən hər iki tərəf protokolları özlərinə görə şərh etməyə və beləliklə, keçmişdəki anlaşmazlıqları təkrar ön plana çıxarmağa başladı. Türk hökuməti razılaşmanı həyata keçirə bilmək üçün lazımi təsdiqi protokollarda yer tutmayan Dağlıq Qarabağ probleminin həll edilməsi şərtinə bağladı.
Ermənistanda isə Konstitusiya Məhkəməsi başda soyqırımı olmaqla, bəzi həssas məsələlərdə sənədlərdəki ifadələri yox sayan şərhlərlə qərarın «səbəb»ini açıqladı. Nəticədə normallaşma prosesi işin əvvəlindən əməlli-başlı tıxandı. İndi «ud-ud» formulu ilə çıxılan yolun hələ əvvəlində bu prosesin qətiləşməsi halında «kimin daha çox şey itirəcəyi» hesablanır və Türkiyədə də bəziləri «əsas zərbəni əks tərəf görəcək, bizə bir şey olmaz» deyir.
XALQ ÖYRƏNİB...
Həqiqətən bu proses təxirə salınacaqsa, burada Ermənistanın daha çox zərər görəcəyi doğrudur. Yerevanı bu razılaşmanı imzalamağa sövq edən əsas səbəb - Türkiyənin tətbiq etdiyi siyasi və iqtisadi embarqonun sona çatması arzusudur. Ermənistan, xüsusilə, Türkiyənin sərhəddi bağlı saxlamasından çox zərər görür.
Protokolların nəzərdə tutduğu normallaşma erməniləri rahatladacaq, iqtisadiyyatlarını gücləndirmələrinə və dünyaya açılmalarına kömək edəcək. Protokolların həyata keçirilməsinin təxirə salınması isə bu ümidlərini puça çıxaracaqdır.
Ancaq bu yaxınlarda Ermənistandan gələn bir həmkarımızın dediklərinə baxanda görürük ki, Sarkisyan iqtidarı Türkiyə ilə sərhədlər açılsın deyə, mümkün olmayan güzəştləri edə bilməz (məsələn, soyqırımı mövzusunda). Xalq buna razı olmaz. Bəs onda xalq bu məsələyə görə ehtiyac içində yaşamağa razıdırmı? Həmkarımın cavabı bu oldu:
«Erməni xalqı illərdən bəri həyatını bu şəkildə davam etdirməyə öyrəşib. Bundan sonra da belə davam edər».
KEÇMİŞƏ QAYIDIŞ
Sazişlərin dövriyyədən çıxması halında Türkiyə Ermənistan qədər ziyan görməz, ancaq doğrusu, bu durumda Türkiyə də beynəlxalq aləmdə bəzi sıxıntılar yaşaya bilər.
Unudulmamalıdır ki, Ermənistanla münasibətlərin normallaşdırılmasında ümid edilən nəticələrdən biri - xüsusilə, soyqırımı məsələsində Türkiyənin, başda ABŞ olmaqla, bir çox ölkədə əleyhimizə aparılan kampaniyalardan xilas olmasıdır. Necə ki, bu təşəbbüs keçən ilin aprelində bu xroniki problemin ABŞ Konqresinə gəlməsini və prezidentin «soyqırımı» kəlməsini işlətməsini əngəlləmişdir. Bu proses dayanarsa və bunun günahı Türkiyənin üzərinə atılarsa, bu sıxıntı təkrar yaşanacaqdır. Türkiyə-ABŞ münasibətləri yenə bir müddət bu məsələyə ilişib qalacaqdır. Bəzi başqa ölkələrlə münasibətlər barədə də eyni şeyi deyə bilərik.
Yenidən əvvələ qayıtsaq, bir fiaskodan kimin daha çox ziyan görəcəyini yox, hansı sıxıntıların yaşanacağını düşünmək daha düzgün olar.
Bu baxımdan, ələ keçən tarixi fürsəti qaçırmamaq üçün «protokollar böhranı»na bir an əvvəl çarə tapmaq və yenə «ud-ud» anlayışı ilə prosesi canlı saxlamaq hamının faydasına olacaqdır.