Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «Fatimeyi Zəhra» dini icmasını yenə də qeydə almayıb. Komitənin məsələ ilə bağlı açıqlamasında bildirilir ki, icmanın qeydiyyat üçün ötən dəfə təqdim etdiyi sənədlərlə indiki sənədləri arasında uyğunsuzluq var. Elə buna görə də icmaya sənədlərini qaydaya salmaq tövsiyə edilib.
İcmanın başçısı Tofiq Rəzizadə AzadlıqRadiosuna icmanın qeydiyyat sənədlərini qaydaya saldığını bildirir.
Bir neçə ay öncə Suraxanı rayon Məhkəməsi icra orqanlarının iddiası əsasında «Fatimeyi Zəhra» icması üzvlərinin Bakıda ibadət etdikləri məscidin sökülməsi ilə bağlı qərar çıxarıb. Məhkəmə icra hakimiyyəti orqanının məscidin qanunsuz tikilməsi haqda iddiasını haqlı sayıb.
Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. İcmanın başçısı Tofiq Rəzizadə deyir ki, indi Ali Məhkəməyə kassasiya şikayəti hazırlanır. Martın 5-dək şikayət Ali Məhkəməyə verilməlidir.
Ancaq «Fatimeyi Zəhra» ölkədə qeydə alınmayan tək dini icma deyil. «Məşədi Dadaş» dini icmasının başçısı Şahin Həsənli də deyir ki, sənədləri 2009-cu ilin noyabrında təqdim etsələr də, hələ də onları qeydiyyata almırlar:
«ONLARIN RƏYİ OLMADAN BİZ KOMİTƏYƏ MÜRACİƏT EDƏ BİLMİRİK»
- Bütün icmalar sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə təqdim edir. Onlardan müsbət rəy alandan sonra digər sənədlərlə bərabər həmin rəy Dini Qurumlarla İş üzrə Komitəyə təqdim olunur. Sənədlərimiz xeyli müddətdir İdarədə olsa da, hələlik bizə heç bir cavab verilməyib. Onların rəyi olmadan biz komitəyə müraciət edə bilmirik.
2008-ci ilin avqustundakı partlayışdan sonra bağlanan «Əbu Bəkr» məscidinin axundu Qamət Süleyman da qeydiyyat problemlərinin çözülmədiyini deyir. Səbəbini isə heç onların özlərinə də açıqlamırlar:
«SƏLƏFİ İCMALARININ QEYDİYYATI ÇƏTİNLƏŞDİRİLİR»
- Biz qanunun tələbinə uyğun olaraq sənədlərimizi Dini İşlər üzrə Dövlət Komitəsinə göndərmişik. Komitə bəlli olmayan səbəblərə görə məsələni gecikdirir. Qafqaz Müsəlmanları İdarəsində heç bir problem yoxdur. Problem Komitədə yaradılır. Ölkədə sələfi icmalarının qeydiyyatı çətinləşdirilir. Dövlət bizi qeydiyyata almaq istəmir, daha bilmirəm nə üçün.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova isə bildirir ki, dini icmaların qeydiyyatı ilə bağlı heç bir ciddi problem yoxdur. Dini icmaların qanunvericiliyə uyğun hazırladıqları sənədlərin qeydiyyatı o qədər də uzun sürmür:
«EDİLƏN MÜRACİƏTLƏRİ MÜSBƏT CAVABLANDIRMIŞIQ»
- Qafqaz Müsəlmanları İdarəsinə edilən müraciətlərin çoxu təkrar qeydiyyatla bağlı idi. Bu icmaların çoxu bizə tanışdır və edilən müraciətləri müsbət cavablandırmışıq. Əgər onların başqa sənədlərində hər hansı problem varsa, bu məsələlərə biz cavabdehlik daşıya bilmərik.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə konkret suallarımıza ümumi cavablarla kifayətləndilər. Nazirlik əməkdaşları sadəcə vurğuladılar ki, hansı dini icmanın sənədləri qaydasındadır, onun qeydiyyatı ilə bağlı problem yaradılmır.
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin başçısı İlqar İbrahimoğlu isə deyir ki, ən azı insan haqları baxımından ölkədə dini icmaların fəaliyyətinə qadağa olmamalıdır:
«QEYDİYYATLA BAĞLI XÜSUSİ ƏNGƏLLƏR YARADILIR»
- Mən də hesab etmirəm ki, qeydiyyatla bağlı xüsusi əngəllər yaradılır. «Fatimeyi Zəhra» dini icması ilə bağlı situasiya onların bir neçə sənədindəki dəqiq olmayan informasiyalarla əlaqədar idi. Bu dəqiqləşdirmələr prinsipial önəm daşımır. Ona görə də düşünürəm ki, icma sənədlərdə dəqiqləşdirmələr aparandan sonra onların qeydiyyat problemi çözüləcək.
İlqar İbrahimoğlu onu da bildirir ki, Azərbaycan hər zaman tolerantlığı ilə tanınıb. Belə yaxşı ənənəni davam etdirməyə ehtiyac var.