Bastian Şvaynştayger 1/8 finalda meydana çıxmaya bilər

Almaniya yığması

Almaniya yığmasının əsas yarımmüdafiəçisi Bastian Şvaynştayger 1/8 finalda meydana çıxmaya bilər. İyunun 23-ü Qana ilə keçirilən oyun zamanı o 81-ci dəqiqədə omba nahiyyəsindən əzələ zədəsi alaraq meydanı tərk etmişdir.

Yarımmüdafiəçi oyundan sonra jurnalistlərlə görüşdən imtina edərək əvvəl həkimlə sonra isə baş məşqçi Yoaxim Lövlə görüşüb. Şvaynştaygerin zədəsi barədə rəsmi məlumat yoxdur. Lakin Goal.com saytının yaydığı məlumata görə, çox güman ki, İngiltərə ilə qarşılaşmada yarımmüdafiəçi iştirak etməyəcək.

Almaniya-İngiltərə matçı iyunun 27-i Bakı vaxtı ilə 19:00-da baş tutacaq.