Azərbaycanın «Eurovision» musiqi yarışmasındakı qələbəsindən sonra Böyük Britaniyanın «Guardian» qəzeti Azərbaycanla bağlı məqalə dərc edib. Aslan Amaninin müəllifi olduğu məqalədə deyilir:
Bir çox iştirakçı ölkələrin azarkeşləri «Eurovision» mahnı müsabiqəsində geosiyasətin oynadığı rola tez-tez təəssüfləniblər. Buna baxmayaraq, bu ilki müsabiqənin nəticələri fərqli siyasi xətt alıb. Qaydaya görə, yarışın qalibi növbəti müsabiqəyə ev sahibliyi etməlidir.
Bu ilin qalibləri Eldar və Nigar Avropanın insan hüquqları və siyasi azadlığın pisləşdiyi ölkəsinin təmsilçisidir.
Bu faktdır ki, mayın 12-də Avropa Parlamenti Azərbaycandakı insan hüquqları və siyasi vəziyyəti tənqid edən qətnamə qəbul edib.
HAKİMİYYƏT RƏQİBLƏRİNİ SIRADAN ÇIXARIB
Azərbaycanın neft bumu Əliyev sülaləsinə hakimiyyətini saxlamağa imkan verib. Altı il əvvəl Azərbaycan neftini Avropa bazarlarına daşıyan Bakı- Ceyhan neft kəmərinin işə salınmasından bəri bu kiçik keçmiş Sovet ölkəsi gündə bir milyon bareldən çox neft istehsalçısına çevrilib. Neft məhsuldarlığının qəfil dörd dəfə artımı hakimiyyətə daxili və xarici dəstək qazanmağa və repressiya aparmasına yardım edib. Hakimiyyət neft bumunun fonunda 2010-cu ildə zəif rəqiblərinin sonuncularını sıradan çıxardı, parlamentə 125 yerə bir real müxalifət namizədini də buraxmadı.
XƏZƏR SAHİLLƏRİNDƏ «ƏRƏB BAHARI» NARAHATLIĞI
Ancaq «Ərəb baharı» Xəzərin qərb sahillərində də bir az narahatlıq yaradıb. Onlarla müxalif fəalı məhkəmə qarşısında dayanıb. Ötən həftə bir gənc fəal narkotik ittihamı ilə həbsə atılıb. Həbsindən qabaq gənc «Facebook»-da öz dostlarını Misirli gənclərdən öyrənməyə çağırıb. Digər gənc fəal, Harvard universitetinin məzunu və millət vəkilliyinə keçmiş namizəd hərbi xidmətdən boyun qaçırma ittihamı ilə məhkəmə qarşısına çıxıb.
«EUROVİSİON» AZƏRBAYCANDA REPRESSİYANI DAYANDIRA BİLƏR
Buna baxmayaraq, burda imkan var ki, «Eurovision» neft pullarından və İlham Əliyevin «Ərəb baharı»nın narahatlığı üzündən doğan repressiyasını dayandırsın, həm də az da olsa, siyasi açıqlığa şərait yaratsın. Bu beş müxtəlif üsulda özünü göstərə bilər.
Birincisi, Azərbaycan əvvəlki viza sisteminə qayıtmalı olacaq. Əvvəllər viza aeroportda verilirdi. Sonra sistem dəyişdi və bu zaman ölkə hakimiyyətini tənqid edən beynəlxalq hüquq müdafiəçilərinə, jurnalistlərə Azərbaycana girmək imkanları məhdudlaşdırıldı. Digər tərəfdən, Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin az müddət ərzində yüzlərlə viza vermək üçün kifayət qədər imkanları yoxdur.
İkincisi, hakimiyyət adminstrativ fəaliyyətdən daha effektiv fəaliyyətə keçməli olacaq. «Transparency İnternational» ardıcıl olaraq Azərbaycanı dünyada korrupsiyalaşmış ölkələr sırasında göstərib. Əgər hökumət istəyirsə ki, Almaniyanın tədbirə etdiyi ev sahibliyi ilə ayaqlaşsın, onda güclü infrastruktur layihəsinə ehtiyacı olacaq. Bunun üçün yerli infrastrukturun inkişafı qaçılmazdır. Hökumət lazımi işləri görməsə, 2012-ci ilin yazında yerli və beynəlxalq təzyiqlə üzləşə bilər ki, bu da hakimiyyətə əlavə baş ağrısıdır.
«EUROVİSİON» AZƏRBAYCANI İSLAHATA MƏCBUR EDƏ BİLƏR
Üçüncüsü, yarışma ilə bağlı bir neçə həftə ölkə Avropanın əvvəllər heç görmədiyi diqqəti ilə üzləşəcək. Təbiidir ki, Azərbaycanla bağlı məlumatlılıq və gözləntilər artacaq, necə ki, Pekin-2008 Olimpiadasında gözləntilər vardı. Burda bir neçə amil var ki, «Eurovision» Olimpiya oyunlarının eləmədiyini Azərbaycana etsin, yəni beynəlxalq imici xatirinə avtoritar ölkə kimi tanınan Azərbaycanı islahatlara məcbur etsin. Olimpiya oyunları ilə «Eurovision» müsabiqəsi arasında fərq var. Birincisi, Olimpiya oyunları təbiət etibarilə siyasi deyil. Amma «Eurovision» Avropanın layihəsidir və auditoriyası da əsasən Avropadadır. Bundan başqa, Azərbaycan kimi zəif ölkənin Çin kimi insan haqları ilə bağlı beynəlxalq təzyiqlərə müqavimət göstərmək imkanları azdır.
AZƏRBAYCANLILARIN KOLLEKTİV ÖZÜNÜİFADƏETMƏ BAĞI QIRILMAYIB
Dördüncüsü, Bakı küçələrinə çoxlu adam yığılacaq, bu isə deməkdir ki, rejim toplaşmalardan narahat davranış vərdişini pozmalı olacaq.
Sonuncusu, «Eurovision» qələbəsindən sonra Bakı küçələrinə axışan böyük dəstələr göstərdi ki, Azərbaycan avtoritar hakimiyyəti on illiklər ərzində kütlənin sevincdən və ya mümkün qəzəbdən doğan və ya doğa biləcək qeyri-iradi kollektiv münasibətini boğmaq iqtidarında deyil. Bu kimi günlər hakim ailəyə xatırladır ki, azərbaycanlıların, xüsusilə gənclərin kollektiv özünüifadəetmə bağı qırılmayıb.
Bütün bunlar göstərir ki, avtoritar ölkələrdə siyasi dəyişikliyi necə asanlıqla stimullaşdırmaq olar. 150 milyonluq auditoriyası ilə «Eurovision» Avropada qalan iki diktator ölkədən birinə az da olsa, aşkarlıq gətirilməsinə kömək edə bilər.
Sayta hazırladı: Səadət Akifqızı